Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qaraciyər xərçənginin SİMPTOMLARI

  • 2018.06.28 11:14
  • 13127 Baxış
Qaraciyər xərçənginin  SİMPTOMLARI

Britaniyanın Cancer Research UK xeyriyyə cəmiyyətinin mütəxəssisləri qaraciyərin xərçənginə işarə edən əsas simptomlarını sadalayıblar.

 

Məlumatda bildirilib ki, qaraciyər xərçəngi qaraciyər sirrozu və ya C hepatiti olan insanlarda daha sürətli inkişaf edir.    



Medicina.az xəstəliyin simptomlarını təqdim edir:



İştahanın və bədən çəkisinin səbəbsiz azalması.

 

Qarının böyüməsi.



Sarılıq - dərinin və selikli qişaların saralması.



Dərinin səbəbsiz qaşınması.



Sidik rənginin tündləşməsi.