Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qaraciyər xərçənginin gözdəki əlaməti

  • 2023.07.27 19:16
  • 1420 Baxış
Qaraciyər xərçənginin gözdəki əlaməti

Qaraciyər xərçəngi bir çox xəstəni sonrakı mərhələlərə qədər vəziyyətdən xəbərsiz qoyur.

Gözlərdə müəyyən bir rəngin görünməsi qaraciyər xərçənginin xəbərdaredici əlaməti ola bilər.


“Medicina” xəbər verir ki, hepatoıoq Anna Yujnivannı sözlərinə görə, qaraciyər xərçənginin erkən mərhələlərində gözlərinizdə heç bir əlamət hiss etməyəcəksiniz. Bununla belə, xəstəlik irəlilədikcə dəri və göz ağlarının sararmasına səbəb ola bilər.


“Gözün ağ rəngi sarı rəng almağa başlaya bilər və bu sarılığın daha yüksək səviyyələrində daha da güclənir. Ölümlə nəticələnən xəstələrin təxminən 19-40 faizində sarılıq olur. Bu əlamət qaraciyərin sıradan çıxmağa və öd yığılmağa başladığı zaman görünür.


Qaraciyərin əsas funksiyası bədəndəki bütün qanı süzmək və spirt və metabolik məhsullar kimi maddələri parçalamaqdır. Qaraciyər həmçinin yağları həzm etməyə və tullantıları aradan qaldırmağa kömək edən öd istehsal edir.
Xəstə qaraciyərdə ödün yığılması qanda və toxumalarda bilirubinin səviyyəsini artırır, sarılığa gətirib çıxarır. Bu, dəri və göz ağları da daxil olmaqla toxumaların sarı piqmentasiyasına səbəb olur.

Bu əlamətləri gördükdə, mütləq həkimə müraciət etmək lazımdır. Sarılıq qaraciyər xərçənginin qəti əlaməti olmasa da, müayinədən keçmək vacibdir”.

Günay Quliyeva