Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qaraciyər xərçənginin 11 əsas əlaməti AÇIQLANDI

  • 2022.04.07 14:42
  • 3944 Baxış
Qaraciyər xərçənginin 11 əsas əlaməti       AÇIQLANDI


Qaraciyər sirrozu və xərçəngi dünyada onkoloji xəstəliklər üzrə 6-cı yerdə, ölüm riskinə görə isə 3-cü yerdədir.

Bakupost.az xəbər verir ki, beynəlxalq həkimlər qrupu son elmi araşdırmaların nəticələrini bir araya toplayaraq, qaraciyər xərçəngi xəstələrinin ən çox rastlaşdığı 11 simptomu sadalayıb.

Xəstələr bu əlamətlərə diqqət yetirməlidir.

Dərinin, gözlərinin saralması, sidiyin rənginin getdikcə tündləşməsi, dəridə səbəbsiz qaşınmalar, qarının sağ tərəfində yuxarıda şişkinlik, toxunduqda ağrı, iştahın kəsilməsi, arıqlama, qəfildən burundan qanaxma, yorğunluq, halsızlıq, ürəkbulanma, qarının şişməsi.

Risk zonasında hepatit xəstələri, alkoqol istifadəçiləri, piylənməsi olanlar, şəkər xəstələri, sirrozu olanlardır.

Qaraciyər şişi sürətlə kəskinləşir, 6 ay içində 4-cü fazaya keçir.

Aygün Musayeva
BakuPost