Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qaraciyər xərçəngi xəstələrinə MÜJDƏ – Radiasion embolizasiya metodu

  • 2019.05.03 16:20
  • 11891 Baxış
Qaraciyər xərçəngi xəstələrinə MÜJDƏ –  Radiasion embolizasiya metodu

Qaraciyərin şişləri xəstəliyindən əziyyət çəkənlər üçün yeni müalicə metodu ilə şans yaranıb.



Medicina.az xəbər verir ki, Rusiyada ilk dəfə qaraciyər xərçənginin 3-cü dərəcəsindən əziyyət çəkən xəstəyə ilk dəfə radiasion embolizasiya tətbiq edilib.



Yeni texnologiya digər metodlarla müqayisədə şişin böyüməsi və yayılmasının qarşını 80% alır və xəstənin ömrünü 4-5 dəfə uzatmağa imkan verir. 

Əməliyyatda yerli istehsal olan radionuklid istifadə olunub. 



Radioembolizasiya radioterapiya ilə embolizasiyanı özündə birləşdirən metod olub, orqana qan axınını kəsən və azaltmaq deməkdir. 

3-4-cü mərhələdə olan xərçəng xəstələrində artıq radikal əməliyyat mümkün olmadıqda, bu metodla invaziv əməliyyat aparılar bilər. 



Əməliyyatda türkiyəli professor Ahmet Murat da iştirak edib.