Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qaraciyər üçün ən təhlükəli qida elan edildi

  • 2023.09.11 17:20
  • 2354 Baxış
Qaraciyər üçün ən təhlükəli qida  elan edildi
Rusiyanın tanınmış dietoloqu Aleksey Kabanov qaraciyər üçün ölümcül təhlükəli qidanı açıqlayıb.


“Medicina” xəbər verir ki, onun sözlərinə görə, şəkər bu orqan üçün ən dağıdıcı qidadır. Qaraciyər ən çox şəkəri şirniyyatdan yox, şirin içkilərdən, sulardan alır.

“Bu kateqoriyadan olan içkilərin 100 ml-də 25 qrama qədər şəkər olur. Bu isə qaraciyərin yükü yetməyən dozadır.

Yarım stəkan qazlı şirin içkidə sutkalıq şəkər norması var. Və bu içki alkoqoldan da çox zərər verir.
Bu gün ölkədə ən çox yayılmış qaraciyər xəstəliyi qeyri-alkoqol piylənmədir. Bu isə yağlı qida və şirin içkidən yaranır.

Qaraciyərin piylənməsi üçün 1 ay fast-fodla qidalanıb, şirin içki içmək kifayət edir. Ona görə də qaraciyəri qorumaq üçün bu içkilərdən uzaq olmalısız”.

Aygün Musayeva