Əgər kakao tərkibli içkiləri həftədə 2-3 dəfə rasiona daxil etsəz, qaraciyərinizi qoruya bilərsiz.
“Medicina” xəbər verir ki, fitoterapist Tatyana Zaletova kakaonun hansı xəstələrə faydalı olduğunu açıqlayıb.
“Ürək-damar və digər problemləri olanlara bu içki faydalıdır. Kakaoda olan xüsusi maddə sirrozlu xəstələrə də kömək edir.
Təbii ki, bu içki dərman deyil, amma xəstəliyin irəliləməsini yubada bilər. Qaraciyərin alkoqol, qeyri alkoqol və virus mənşəli xəstəliklərində kakao antioksidant təsir göstərə bilər.
Kakao damarların tutulmasının da qarşısını alır.
Onda olan bioaktiv maddə trombositlərin yapışmasının qarşısını aldığı üçün infarkt və insult profilaktikasında vacibdir.
Kakao ömrü uzadır deyə bilərik. Flavanoidlər yaddaşı yaxşılaşdırır, diqqəti artırır, fiziki və zehni yüklənməyə dözümü artırır.
Təbii kakao içkisini həftədə 2-3 dəfə südsüd və şəkərsiz için.
Kakao diabet xəstələrinə də faydalıdır”.
Aygün