Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qaraciyər sirrozu içki qəbul etməyənlərdə də çox olur

  • 2023.08.09 19:16
  • 1374 Baxış
Qaraciyər sirrozu içki qəbul etməyənlərdə də çox olur

Qaraciyər xəstəlikləri uzun müddət ərzində özlərini büruzə vermirlər. Buna səbəb qaraciyərdə ağrı reseptorlarının olmamasıdır. Nəticədə qaraciyərdə hər hansı bir patoloji proses baş versə də, heç bir ağrı hiss olunmur.

Ağrı yalnız, qaraciyərin böyüməsi nəticəsində, onun kapsulasının (xarici qişası) dartılması ilə meydana çıxa bilər. Diaqnoz qoyulması çətin olunan bu orqan hər kəsin maraq dairəsində olub. Məhz bu səbəbdən, rus həkim qaraciyər xəstəliklərinin səbəbi ilə bağlı açıqlama edib.

“Medicina” xəbər verir ki, həkimin açıqlamalarına əsasən qaraciyər xəstəliklərinə əsas səbəb alkoqol olsa da, artıq müasir dövrün araşdırmaları başqa səbəblər də tapıb. Araşdırmaya görə, qaraciyər xəstəliklərinin hətta qaraciyər köçürülməsinin səbəbi onun aşırı yağlanmasıdır.

Yağlanan və piy qatı ilə örtülən qaraciyər zaman keçdikcə, öz fəaliyyətindən imtina edir, bu da öz bərabərində qaraciyər çatışmazlığına gətirib çıxarır. Uzun zaman öncə qaraciyər xəstəliklərinin səbəbi hepatit və onun növləri hesab edilirdi. Lakin müasir dövrdə hepatit müalicə oluna və qaraciyər xilas olunub öz fəaliyyətini davam etdirə bilər. Belə ki, hepatit B xəstəliyinin müalicəsi üçün müxtəlif vaksin və dərman vasitələri tərtib edilib. Onunla yanaşı artıq hepatit C xəstəliyi də icad olunan dərmanlar vasitəsi ilə kifayət qədər müalicə oluna bilər. Lakin yağlanmış qaraciyər diaqnozu ilə şikayətlənən xəstə üçün tibbin edə biləcəyi müalicə yolları limitlidir.


Maraqlısı odur ki, qaraciyər yağlanmasına səbəb təkcə yağlı qidaların qəbulu deyil, həm də şəkərin aşırı qəbuludur. Ən başlıca missiyası bədəndəki toksinləri təmizləmək olan qaraciyər, şəkərin qəbulu zamanı özünü şəkərdən müdafiə etmək məqsədilə yağ ifraz edir.

Müxtəlif peçenyelerin, tortların, dondurma və digər şəkər tərkibli qidaların tərkibində mövcud olan şəkər qaraciyərin yağlanmasına gətirib çıxarır. Bu proses erkən diaqnoz qoyulub müalicə edilmədiyi halda isə son səviyyə olaraq qaraciyərin sirrozuna gətirib çıxarır.

Xanım