Hazırda qaraciyər yüklənməsi və piyli dəyişiklikləri olan insanlar çoxalır. Qaraciyərin az da olsa piylənməsi artıq onun funksiyasına mənfi təsir edir.Bu problem ağrısız, simptomsuz keçir, insan halsız, yorğun olur, ara-sıra sağ böyründə döş qəfəsi altında küt sancı ola bilər. Artıq xəbər tutanda isə gec olur.
Medicina.az qaraciyərdə piy toplanmasına qarşı sadə bir resepti təqdim edir.
Cəmi 3 ərzaq lazımdır:
Çuğundur -2 ədəd kiçik
Limon -2 ədəd
Təmiz distillə olunmuş su – 2 stəkan
Çiy çuğundur qabığı soyulur, blenderdən keçirilir. Bura su və və limonun sıxılmış şirəsi qatılıb qarışdırılır.
Gündə 3 dəfə içilməklə bitirilir. Kurs 7 gündür.