Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Qaraciyər köçürülən qadın 7 ay sonra hamilə qala bilər” - Professor

  • 2019.02.15 13:07
  • 9186 Baxış
“Qaraciyər köçürülən qadın 7 ay sonra hamilə qala bilər” -  Professor

V Bakı-Malatya Orqan Transplantasiya Günləri konfransının I paneli keçirilib.


Medicina.az xəbər verir ki, konfransa professorlar Surxay Hadıyev və Sezai Yılmaz sədrlik edib. Panelə videkonfrans yolu ilə qoşulan doktor Ruslan Məmmədov "Qaraciyər transplantasiyasında mikro-RNA-nın klinik əhəmiyyəti – erkən nəticələr” mövzusunda danışıb. 


Daha sonra professor Tevfiq Tolqa Şahin marginal greftlərdə maşın perfuziyası və müalicəsindən bəhs edib. 


Dosent köməkçisi Ebru İnci Coşkun isə "Qaraciyər transplantasiyası və hamiləlik” mövzusuna toxunub. Ebru İnci Coşkun bildirib ki, qaraciyər köçürülmüş qadınlarda hamiləlik dövründə bir sıra xəstəliklər özünü biruzə verə bilər: "Hepatit xəstəsi olan anaların dünyaya gətirdiyi uşaqlara dərhal peyvənd vurulur”. Dosent köməkçisi hamilələrdə bəzən müşahidə olunan qaşınmalarla əlaqədar bitki çaylarının tövsiyə edilməsinin yanlış olduğunu, laborator analizlərə uyğun müalicə yazılmasının vacibliyini vurğulayıb. 


Professor Adil Başqıran qaraciyər çatışmazlığından əziyyə çəkmiş və qaraciyər köçürülmüş qadınların 7 aydan sonra hamilə qalmasında heç bir problem olmadığını söyləyib.

 

 

Onun sözlərinə görə, 7 ay ərzində qadının orqanizmində hormonlar normal səviyyəyə çatır. Adil Başqıran hepatit C virusu yoluxan və sonradan qaraciyər köçürülən 45 yaşına qədər qadınların 2 il, xərçəng xəstəsi olan və qaraciyər köçürülən qadınların isə 3 il sonra hamilə qalmasının məqsədəuyğun olduğunu vurğulayıb. 


Dosent köməkçisi Veysel Ersan "Qaraciyər transplantasiyasında immunosupressiya protokolu” mövzusunda çıxış edib.

 

Bununla da panel başa çatıb.

 


Aygün Musayeva

Çingiz

Medicina.az