Qarabaşaq arıqlamaq istəyənlərin bir nömrəli seçimidir. Bu da təsadüfi deyil. Çünki qarabaşaq digər qidalardan fərqli olaraq arıqladarkən orqanizmi qoruyur və daha da gücləndirir.
- Qida dəyəri çox yüksək olan bir bitkidir. Qarabaşaq yarmasının tərkibində 13-15% zülal var. Onun zülal səviyyəsi digər bitki mənşəli məhsullarla müqayisədə çox yüksəkdir. Buna görə də veqanlar tərəfindən tez-tez istehlak edilə bilər. Yağ tərkibi təxminən 2% -dir. Tərkibində 75% kompleks karbohidrat olan qarabaşaq yarması yüksək miqdarda lif ehtiva edir.
- Uzun müddət tox saxlayır, eyni zamanda qəbizlik problemi olanlar üçün yaxşı bir lif qaynağıdır.
- Tərkibindəki P1 vitamini sayəsində xolesterini azaldan təsirə malikdir.
- Damarlara elastiklik və güc verərək yüksək təzyiqin qarşısını alır.
- Tərkibində qlüten olmadığı üçün bağırsaqlara faydalı qidadır, tərkibindəki pulpa və lif sayəsində həzm sistemini tənzimləyir.
- Ehtiva etdiyi maqnezium, kalium, fosfor və dəmir sayəsində yüksək təzyiq, qan azlığı və ürək xəstələri üçün çox faydalıdır.
- Tərkibindəki komponentlər və antioksidanlar sayəsində kolon və döş xərçəngi kimi xəstəliklərə qarşı profilaktikdir.
- Qarabaşağın tərkibində B1, B3, B5 və B9 vitaminləri də var. Bununla da sağlam dəri və güclü saçlar təmin edir.
- Tərkibindəki xolin komponenti sayəsində qaraciyərin yağlanmasının qarşısını alır.
- Dieta üçün ən ideal yemək növü hesab edilən qarabaşaq daxili orqanlara faydalı təsir göstərir.
- Tərkibindəki flavonoidlər qan dövranını yaxşılaşdırmağa kömək edir. Orqanizmi sərbəst radikallardan qoruyan antioksidantlarla, qocalmanın və xəstəliklərin qarşısını alan E vitamini ilə zəngindir.
- Qarabaşaq orqanizmin ehtiyac duyduğu 8 vacib amin turşusunun hamısını ehtiva edir. Onlar arasında əzələ toxumasını qoruyan və sümükləri gücləndirən lizin amin turşusu xüsusi əhəmiyyət kəsb edir.
Qeyd edək ki, dolma içliklərində bulqur və ya düyü yerinə istifadə etmək olar. Həmçinin taxılın özündən əlavə, qarabaşaq yarması unu da adi buğda ununun əvəzi kimi istifadə oluna bilər.
Aysel