Həkimlər qarabaşaq sıyığı yeməyin sağlamlıq üçün təhlükəli olduğu qənaətinə gəliblər.
Onların gəldikləri qənaətə görə, bu məhsulda çox sayda faydalı maddə olmaqla yanaşı, tərkibindəki bəzi elementlər orqanizmə zərərlidir.
Qarabaşaq yarpağında sümükləri gücləndirmək üçün zəruri olan kalsiumun sovrulmasına təsir edən çox sayda fosfor və dəmir olduğu iddia edilir. Buna görə 40 yaşdan yuxarı qadınlar bu məhsulun istifadəsini məhdudlaşdırmalıdırlar, çünki bu halda osteoporozun inkişaf riski yüksəkdir. Bundan başqa mədə-bağırsaq problemləri olanlar üçün də bu qida arzuolunmazdır, çünki o, şişkinliyə və mədə spazmalarına səbəb ola bilər.Şəkərli diabet, yüksək təzyiq, böyrək çatışmazlığı və hamilə qadınlar üçün qarabaşaq yarmasından istifadə etməmək daha məsləhətdir.
Mütəxəssislərin fikrincə, xanımlar arasında daha populyar olan qarabaşaq pəhrizi baş ağrısı, xroniki yorğunluq və vitamin çatışmazlığına səbəb ola bilər.
Diyetoloqlar qarabaşaq sıyığını həftədə 3-4 dəfədən çox qəbul etməməyi məsləhət görürlər.