Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qarabaşaq yarması insanı gözəlləşdirir

  • 2023.04.07 15:54
  • 2653 Baxış
Qarabaşaq yarması insanı gözəlləşdirir
Qarabaşaq yarmasını mütəmadi qəbul etdikdə orqanizmdə inanılmaz dəyişikliklər baş verir.

“Medicina” xəbər verir ki, pəhrizə qarabaşaq yarması sıyığını daxil etməklə əlavə səy göstərmədən gənclik və gözəlliyinizi qaytara bilərsiniz.

Qarabaşaq yüksək qida dəyərinə malikdir, antitoksik xüsusiyyətlərə malikdir, bədəndən artıq xolesterin və ağır metal ionlarının çıxarılmasına kömək edir, ürək-damar xəstəlikləri riskini azaldır.

Diyetoloq Oksana Dmitrieva hər kəsə səhərlər sıyıq yeməyin vacib olduğunu söylədi.

Qarabaşaq sıyığının tərkibində yüksək miqdarda maqnezium, kalium, bor, mis, sink var ki, bu da orqanizm tərəfindən hormonların düzgün tənzimlənməsini təmin edir, həmçinin dayaq-hərəkət sistemi və ürək-damar sisteminin sağlamlığına təsir göstərir.

Bundan əlavə, qarabaşaq yarmasının müntəzəm istifadəsi saç, dırnaqlar və dərinin vəziyyətinin sürətli yaxşılaşmasına kömək edir

"Qarabaşaq" pəhrizinin müsbət təsirini görmək üçün iki ay ərzində səhər və ya günortadan sonra sıyıq yemək lazımdır. Ancaq bu, heç də o demək deyil ki, yalnız onun bişirilməsi lazımdır. Başqa yeməklər də icazəlidir. Əsas odur ki, gündə ən azı 100 qr qarabaşaq yarması yeyəsiz.


Aynurə Məmmədova