Qarabaşaq (qreçka) yarması bədxassəli şişlərdən və qocalmaqdan qorunmaq üçün faydalıdır.
“Medicina” xəbər verir ki, həkim –dietoloq Maxail Ginzburq qarabaşaq yarmasının insanı təhlükəli xəstəliklərdən qoruması barədə açıqlama verib.
Onun sözlərinə görə, rasionda qarabaşaq yarmasının olması bir çox xəstəliklərin, o cümlədən bədxassəli xəstəliklərin qarşısının alınmasında təsirlidir.
"Bu təsir yarmanın tərkibində çoxlu faydalı molekulların olması ilə bağlıdır.
Belə ki, onda dəmir, maqnezium, fosfor, kalsium, sink var. Həmçinin qarabaşaq yarması A, D, C, E vitaminləri ilə yanaşı, B, P, PP qrup vitaminləri də zəngindir.
Qarabaşağın tərkibi sellüloz ilə zəngin olduğundan mədə-bağırsaq xəstəliklərinin müalicəsində də xeyirlidir. Müntəzəm olaraq, qarabaşaqdan istifadə etməklə orqanizmdə olan toksiki şlakları və zəhərli maddələri xaric etmək mümkündür.
Qarabaşaq yarması qanda şəkərin miqdarını stabilləşdirdiyi üçün diabet xəstələrinə də çox tövsiyə olunur.
Qarabaşaq qaraciyərə də müsbət təsir göstərir, eyni zamanda, böyrəklərin fəaliyyətinin normallaşmasına müsbət təsir göstərir.
Qarabaşaqda çoxlu miqdarda maqnezium var. Bu mikroelement mədə-bağırsaq traktının yaxşı işləməsi üçün yanaşı ürək, sinir sistemi və öd kisəsinə dəstək verir. Ümumilikdə, həftədə 2 dəfə qarabaşağı qarnir kimi istifadə etmək lazımdır".
Günay Quluzadə