Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingenti tam tərkibdə koronavirusa qarşı peyvəndin birinci komponenti ilə aşılanıb.
Bu barədə sülhməramlı qüvvələrin nümayəndəsi polkovnik Dmitri Perepelkin bildirib.
Onun sözlərinə görə, qrafik üzrə artıq 1,9 mindən çox hərbçi peyvənd olunub.
Perepelkin qeyd edib ki, Qarabağda atəşkəs qorunur, atəşkəsin pozulması halları qeydə alınmayıb. Rusiyanın mühəndis-itehkamçı qrupları tərəfindən 23 837 partlayıcı maddə aşkar olunaraq məhv edilib./Report