Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Mətbuat xidmətinin rəhbəri, jurnalist, Qarabağ qazisi Xəqani Rzaquliyev vəfat edib.
"Medicina" xəbər verir ki, Xəqani Rzaquliyev 9 noyabr 1963-cü ildə ozamankı Ağdərə rayonunun Xatınbəyli kəndində anadan olub.
Müxtəlif illərdə, müxtəlif vəzifələrdə - Ağdərə rayonunun Xatınbəyli kəndində hərbi rəhbər (1987-1989), Ağdərə rayonunun Gəncxana qəsəbəsində məktəb direktoru (1984-1987), “Gənclik” jurnalında ədəbi işçi və şöbə müdiri (1989-1994) vəzifələrində çalışıb.
X.Rzaquliyev Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin yaradılmasında iştirak edib və “Vətən Müharibəsi” adının seçilməsi təklifi onun adıyla bağlıdır.