Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Qara yara”ya yoluxduran faktorlar hansılardır? - AÇIQLAMA

  • 2019.08.02 13:07
  • 5020 Baxış
“Qara yara”ya yoluxduran faktorlar hansılardır? -  AÇIQLAMA
Son zamanlar hər il ərzində 5-6 baş heyvanda "qara yara” xəstəliyi aşkarlanıb. Bu xəstəliklər peyvənddən yayınan heyvanlarda baş verib. Medicina.az xəbər verir ki, bunu bu gün keçirilən konfransda Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan sağlamlığı və baytarlıq xidmətlərinin tənzimlənməsi şöbəsinin müdiri Ramiz Salmanov bildirib. Onun sözlərinə görə, heyvan kəsilən zaman qan laxtalanmırsa, "qara yara”dan şübhələnmək lazımdır: "Bu xəstəlik kənardan gələn heyvanlarda müşahidə olunur. Onlar da nəzarətə götürülür, peyvəndlənir. Lakin "qara yara” xəstəliyi ilə bağlı insan ölümün olmasıma təəssüflənirik”.
R.Salmanov bildirib ki, qarayara xəstəliyi təkcə heyvanlardan yox, torpaqdan da yoluxur: "Zamanında profilaktik peyvəndləmə aparılmalıdır ki, belə xəstəlik olmasın.

 

"Qara yara” xəstəliyi torpaqda 80-100 il ərzində qala bilir. Heyvanların da bu xəstəliyə yoluxması əsasən yaz və payız aylarında olur. Yazda heyvan örüş-otlaq sahəsinə gedəndə ot az çıxır, otlayan zaman torpaqla daha çox təmasda olur. Heyvanda hansısa cızıq olanda "qara yara”ya yoluxma ehtimalı daha tez olur. Ancaq heyvan peyvəndlənmiş olsa, ona bu virusu iynə ilə vursan da, qarayaraya yoluxmur”.