Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qara üzüm ilə DETOKS edin - Hepatit, sirroz, toksinlər

  • 2019.08.31 15:31
  • 48335 Baxış
Qara üzüm ilə DETOKS  edin -  Hepatit, sirroz, toksinlər
Məlum olduğu kimi, hepatit və serroz xəstəlikləri qaraciyər üçün təhlükə mənbəyidir. Qaraciyər xərçənginə yoluxduğunuzu isə bir çox simptomlar vasitəsilə öyrənə bilərsiniz.


Medicina.az xəbər verir ki, qaraciyər xəstəliyinin ilkin əlaməti dəridəki rəng dəyişimidir. Bu zaman dəri sarımtıl rəngə bürünür. Həkimlərin rəylərinə görə, sidiyin tünd və köpüklü olması, mədənin gözlənilmədən şişməsi, qarındakı şiddətli ağrılar da bu xəstəliyin göstəricisi ola bilərlər.


Mütəxəssislər qaraciyəri qorumaq üçün tibbi üsullarla yanaşı xalq təbabətindən də yararlanmağın faydalı olacağını bildirirlər.

Üzüm suyu detoksundan istifadə edərək ciyəri təmizləmək və yeniləmək mümkündür.


Detoks hazırlamaq üçün 1 fincan qara çəyirdəkli quru üzüm 3 fincan suya tökülərək qaynadılır. Daha sonra 24 saat ərzində soyuducuda saxlanılır. İstər soyuq, istərsə də isti halda səhərlər ac qarına içilməlidir.


Bu qarışımın faydasını görə bilməyiniz üçün spirtli içkilərdən və hazır qidalardan uzaq durmalısınız. Bir həftə ərzində bu məhluldan istifadə edə bilərsiniz.