Qara gavalı 40 yaşından sonra, eləcə də menopauza dövründə olan qadınları sümük sıxlığının azalması, sümük əriməsi olan osteoprozdan qoruyur.
Bakupost.az xəbər verir ki, elmi araşdırmalar nəticəsində qara gavalıda olan bitki birləşmələrinin güclü antioksidant təsirə malik olduğu sübut olunub.
Alimlər bildirir ki, qara gavalı oynaq və əzələlərdəki iltihabı da aradan qaldırır.
ABŞ-ın Pensilvaniya universitetinin üzvləri təcrübədə 50 yaş yuxarı qadınlar üzərində qara gavalının sümüklərə necə təsir etdiyini araşdırıb.
Qara gavalı bədəndə olan oksidativ stresi azaldır, sümük toxumasının osteoklastlarındakı iltihabı götürür.
Hər gün 50 qram qara gavalı yemək qanda iltihab göstəricisini salıb, sümük toxumasının yumşalma dərəcəsi azalıb.
Beləliklə, 40 yaşdan sonra gündə 12 ədəd qara gavalı yemək qadınlarda osteoporozun inkişafının qarşısını alar, gələcəkdə sümük qırılmasını önləyər.
Aygün Musayeva
BakuPost