Payızda qara gavalı yemək həm immuniteti gücləndirib infeksiyalardan qoruyur, həm də təzyiqi salır.
“Medicina” xəbər verir ki, endokrinoloq Yelena Syurakşina qara gavalının fərqli faydalarını açıqlayıb.
“Çünki qara gavalıda C vitamini infeksiyalara qarşı immuniteti gücləndirir.
Quru qara gavalı enerjini artırır. Onda dəmir çoxdur, ona görə orqanizmi oksigen və qanla təmin edir.
Çoxları bilir ki, gavalı qəbizliyin dərmanıdır.
Amma hamı bilmir ki, o təzyiqi də salıb, ürək-damar sisteminin işini yaxşılaşdırır.
Çünki qara gavalıda kaliy var ki, o ürək əzələsini möhkəmlədir, təzyiqi tənzimləyir.
Polifenollar isə damar divarlarını möhkəmlədir.
Qışda heç olmasa gündə 5 ədəd qara gavalı yeməyə digər səbəb sinir sisteminə təsiri, əsəbləri sakitləşdirməsidir. Bu quru çərəz B6 və maqnezium mənbəyidir.
Nəticədə əhval və yuxu yaxşılaşır.
Amma qanda şəkəri çox olan və insulin dirənci olanlar gavalını az yeməlidir”.
Maksimal miqdar sutkada 100 qramdır.
Aygün Musayeva