Qara düyü Avropa və Uzaq Şərq ölkələrində daha məşhurdur.
Hər yerdə bitməyən bu xüsusi məhsulun faydaları saysız-hesabsızdır. Dəyəri uzun müddətdir bilinməyən qara düyü ilk növbədə ürək sağlamlığını dəstəkləyir.
Medicina.az xəbər verir ki, xüsusilə antioksidant xüsusiyyətləri ilə tanınan qara düyü xolesterol problemi olan şəxslərə tövsiyə edilir. Bu xüsusiyyətləri ilə infarkt riskini azaldır.
Qara düyüdə olan fitokimyəvi maddələr, antioksidantlar və fenolik birləşmələr bədəndə mövcud olan xərçəng hüceyrələri ilə mübarizə aparır.
Xərçəng riskini azaldan bu məhsulu həftəlik qida rasionuna daxil etmək lazımdır.
Salatlardan plovlara, hətta desertlərə qədər geniş çeşiddə yeməklərdə istifadə edilən qara düyü həm də veqan və qlutensiz pəhrizlər üçün uyğun seçimdir.
Aysel