Hər il qışda qar yağmasını səbirsizliklə gözləyirik. Bəziləri “Qar yağanda mikroblar ölür” deyirlər
Bəs qar həqiqətən mikrobları öldürürmü?
Medicina.az xəbər verir ki, mütəxəssislər bunun uydurma olduğunu və qarın mikroblara o qədər də təsir etmədiyini bildirirlər.
Qış xəstəliklərinə səbəb olan mikroorqanizmlər soyuq havada yaşaya bilmir.
Təmiz hava üçün qar vacibdir. Lakin biz soyuq havalarda qapalı məkanlara üstünlük veririk. Daim ev, iş yeri və məktəb kimi isti və qapalı mühitlərdə vaxt keçiririk. Yəni mikroorqanizmlərin çoxaldığı mühitlərdəyik,.
Aygün
Medicina.az