Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Qapanmaya getmək istəmiriksə, bayramlarda evimizdə oturaq" - İnfeksionist

  • 2021.03.05 13:34
  • 1714 Baxış
"Qapanmaya getmək istəmiriksə, bayramlarda evimizdə oturaq" -  İnfeksionist

"İnsanların yoluxma artan zaman baş verə biləcəklərlə bağlı müəyyən təcrübələri var. Biz ölkə olaraq üç dəfə qapanmaya getmişik və sonradan yoluxma sayı enib və yumşaldılmalar olub".

Medicina.az xəbər verir ki, bunu "Report"a açıqlamasında tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə bildirib

Onun sözlərinə görə, hər dəfə karantin rejimi yumşaldıldıqdan sonra yoluxma sayında artımlar müşahidə edilir:

"Son bir həftədə yoluxmanın artmasını müşahidə edirik. Yoluxma sayı 300-dən yuxarıdır. Qarşıdan da bayram günləri gəlir. Düzdür, adət-ənənələrə görə bayramlar həmişə qeyd olunur və olunmalıdır. Amma hamımız başa düşməliyik ki, bütün dünyada pandemiyadır. Bayram günlərində çox ehtiyatlı davranmaq lazımdır. İmkan daxilində qonaq getməkdən çəkinməliyik. Qapalı məkanlara çox üz tutmamalıyıq. Pandemiya ilə ayaqlaşmalı və məsuliyyətli olmalıyıq. Əgər biz bayramdan sonra sərt karantin dövrünü yaşamaq istəmiriksə, bayram günlərində əks-epidemik tədbirlərinə riayət etməliyik".

"Virusun olduğunu unutsaq, gediş-gəliş çox olsa, bayramdan sonra çox güman yoluxma daha da artacaq. Bu da ciddi qapanmalara getməyi, "SMS icazə" sisteminin bərpasını labüd edəcək. Bu qapanmalar da psixologiyamıza təsir edəcək. Bu səbəbdən əvvəlcədən baş verəcəkləri anlamalı və təhlükənin qapıda olduğunu unutmamalıyıq. Qapanmaya getmək istəmiriksə, bayramlarda zəhmət çəkək hamımız evimizdə oturaq”, - ekspert vurğulayıb.