Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qapanma günlərində təcili yardıma nə qədər çağırış olub? - Gecikmələrin səbəbi

  • 2020.06.08 14:54
  • 1905 Baxış
Qapanma günlərində təcili yardıma nə qədər çağırış olub?   - Gecikmələrin səbəbi


"Qapanma müddəti ərzində gördük ki, çağırışların sayı həddən artıq artıb. Sutka ərzində təkcə Bakıda 2500-ə yaxın çağırış icra olub. Bu, ləngimələrə səbəb olub"

Medicina.az xəbər verir ki, TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva oxu.az-a açıqlamasında bildirib ki, iki gün ərzində çağırışlar çox olub:

Həftəsonu qapanma ilə bağlı vətəndaşlara bildirilmişdi ki, apteklər və digər ictimai iaşə müəssisələri bağlı olacaq. Müəyyən dərmanlar alınıb, saxlanmalı idi. Qapanma müddəti ərzində gördük ki, çağırışların sayı həddən artıq artıb. Sutka ərzində təkcə Bakıda 2500-ə yaxın çağırış icra olub. Bu, ləngimələrə səbəb olub. Vətəndaşlar adi ağrıkəsicilər vurdurmaq üçün təcili yardım çağırıblar”.

R.Əliyevanın sözlərinə görə, növbəti qapanma olarsa, insanlara yenidən müraciət ediləcək ki, əvvəlcədən lazım olan dərmanları alsınlar:

“Bununla da, təcili tibbi yardıma olan zənglərlə süni “tıxac” yaratmasınlar. Belə çağırışların artması ilə koronavirus şübhəsi olan və digər xəstələr kənarda qalır. Adi ağrıkəsici vurmaq üçün gedirlərsə, daha ciddi xəstələr var, belə vəziyyətdə onlar üçün gecikmələr olur.

İki gün müddətdə təcili yardım maşını ilə dializ xəstələrinin daşınması oldu və bunlar da gecikmələrə gətirib çıxardı.

Ümid edirik ki, növbəti mərhələdə vətəndaşlar adi məsələlər üçün təcili yardım çağırmaqla məşğul olmayacaqlar”.