Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qapalı məkanda maska nə vaxtdan ləğv ediləcək? - AÇIQLAMA - VİDEO

  • 2021.06.17 13:45
  • 2176 Baxış
Qapalı məkanda maska nə vaxtdan ləğv ediləcək? -  AÇIQLAMA - VİDEO
“Qapalı məkanlarda maskadan istifadə edilməməsi əhalinin hansı hissəsinin peyvəndlənməsindən asılı olacaq”.

Medicina.az xəbər verir ki, bunu “ARB 24”ün “İş vaxtı” verilişinə açıqlamasında Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.


O bildirib ki, İsrail bu cür yumşaldılmalara əhalinin yarıdan çoxunun peyvəndlənməsi ilə bir vaxtda başladı:

“Biz isə hələlik o həddə çatmamışıq. Yəqin ki, yaxın bir neçə ay ərzində həmin həddə çatacağıq və belə olan halda təbii ki, o cür qərarları qəbul edə bilərik. Bunun üçün isə vaksinasiya prosesində iştirak etmək və qaydalara riayət etmək lazımdır. Əks halda isə hədəflərə tezliklə çata bilmərik”.