Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qanköçürmə institutunun direktoru vəzifədən azad edildi - YENİ TƏYİNAT - Rəsmi açıqlama - YENİLƏNİB

  • 2020.01.16 10:58
  • 8508 Baxış
Qanköçürmə institutunun direktoru vəzifədən azad edildi - YENİ TƏYİNAT -  Rəsmi açıqlama - YENİLƏNİB
Məsələ ilə bağlı TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva Medicina.az-a açıqlama verib:

"Bildiyiniz kimi, Prezident İlham Əliyevin 23 dekabr 2019-cu il tarixli Milli Hematologiya və Transfuziologiya Mərkəzinin yaradılması haqqında fərmanı var. Fərmana əsasən Talassemiya Mərkəzi və Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun birləşdirilib.

Yeni yaradılmış quruma icraçı direktor Valeh Hüseynov təyin edilib. Əvvəlki rəhbər Zöhrə Əlimirzayevanın işdən çıxarılması xəbəri isə yalnışdır. O hazırda mərkəzdə elmi fəaliyyətini davam etdirir".

Rəvanə Əliyeva, həmçinin sözügedən mərkəzdə kadr dəyişikliyi xəbərinə də aydınlıq gətirib:

"Hazırda mərkəzdə başqa heç bir kadr dəyişikliyi olmayıb və heç kim işdən çıxarılmayıb".

***
B.Ə.Eyvazov adına ET Hematologiya və Transfuziologiya İnstitutuna (Qanköçürmə İnstitutu) yeni direktor təyin edilib, əvvəlki rəhbər Zöhrə Əlimirzayeva isə işdən çıxarılıb.

Medicina.az xəbər verir ki, onun yerinə Talassemiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov təyin edilib.

Xəstəxanadan saytımıza bildirilib ki, yeni direktor işə başlayandan dərhal sonra kadr dəyişikliklərinə başlayıb, bir neçə həkimin ərizəsi alınıb. Onun ciddi kadr dəyişiklikləri edəcəyi gözlənilir.

Aygün
Medicina.az