Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qanında kovidə qarşı antiitel olanlara da vaksin vurulacaq - Səhiyyə Nazirliyi

  • 2021.06.03 15:19
  • 2048 Baxış
Qanında kovidə qarşı antiitel olanlara da vaksin vurulacaq  - Səhiyyə Nazirliyi



“COVID-ə yoluxub, lakin test verib bunu rəsmiləşdirməyən xəstələr yoluxma hadisəsindən 6 ay keçmədən də vaksinasiya oluna bilər”.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib.


Məlumatda qeyd olunub ki, orqanizmdə olan IgG-nin vaksinasiya üçün əks göstəriş olduğuna dair heç bir məlumat yoxdur:

“Yəni koronavirusa yoluxan şəxsin orqanizmində sağaldıqdan sonra az miqdarda anticismlərin qalması vaksinasiyaya əks göstəriş deyil və hər hansı fəsad doğura bilməz”.

Qeyd olunub ki, xəstəliyi simptomsuz və ya yüngül keçirən insanların bəzilərində yaranan anticismlərin titri ya aşağı olur və ya ümumiyyətlə olmur. Bu səbəbdən seroloji müayinədə pozitiv nəticə olsa belə, peyvənd orqanizmə daha güclü dəstək göstərəcək.