Bu gün istənilən həkimə getdikdə birinci qanın ümumi analizi müayinəsi təyin olunur. Heç olmasa qan ver, görək nədir deyən həkim nəticələrə baxan kimi ilkin diaqnozu qoya bilir. Klinikalarda da dəbdə olan qiyməti 12-16 man arası dəyişən qanın ümumi analizi insanın bütün qan hüceyrələrində baş verən spesifik dəyişiklikləri göstərir. Bir qədər savadlı, başı çıxan pasiyent elə özü də analizinin cavabına baxaraq, orqanizmdə nə baş verdiyini az-çox anlaya bilər. Yəni bir insan tibbi bilməsə də ən azı qanın ümumi analizindəki o terminlərin, hərflərin, rəqəmlərin nə demək olduğunu bilməlidir.
Qanın ümumi analizini incələmək üçün
medicina.az Bioloji Təbabət klinikasının həkim laborantı Gülər Ağamirzəyevadan məlumat aldı. İlk növbədə ümumi qan analizinin səhər acqarına verilib-verilməməsinin fərqini soruşduq. Həkim bildirdi ki, qanın ümumi analizi istənilən saatda verilə bilər. Problem varsa, səhər, günorta fərqi yoxdur, analiz göstərəcək, çünki qanda hüceyrələr saata görə dəyişmir.
" Ümumi qan analizi əsasən qanımızda hüceyrələrinin miqdarını və vəziyyətini göstərir. Qan hüceyrələri hansılardır: eritrositlər, leykositlər, trombositlər. Trombosit əslində hüceyrə qalığı kimi hesab olunur.
Orqanizmdə iltihabi proses olduqda trombositin miqdarı artır.
Eritrositlərin tərkibində hemoqlobinin həcmi və onun konsentrasiyası istənilir. Əgər həcmi azalibsa, kiçilibsə, onda kontenrasiyası da kiçilir.
Eritrositlərdə dəyişiklik gedibsə: miqdar yüksəlir, baxırıq hemoqlobinə, ya MS və MSH da aşağı olur. Eritrositlərin orta həcminin variasiyası da dəyişib. Bu zaman eritrositlərin forması balaca, yumru olur. Bu artıq talassemiya göstəricisidir. Eritrositlərin mənzərəsi ilə qanın ümumi analizə ilə talassmiya daşıyıcısı olub olmamasını görürük.
Qanda eritrositlərin azalması qan itkisi, qanaxma, anemiya, hamiləlik, toxumalarda şişkinlik, eritrositlərin dağılması prosesinin sürətlənməsi zamanı baş verir.
Leykositlər – ağ qan hüceyrələridir. Bu göstəriciləri biz normanı 4-10 arasında götürürük. Əgər nəticə 4-dən aşağıdırsa, deməli immunitet zəifdir, əgər 10-dan yuxarıdırsa, deməli güclü proses başlayıb, orqanizmə virus, bakteriya düşüb və leykositlər aktivləşib.
Leykozlarda isə leykositlərin miqdarı 30-40-a kimi qalxa bilir. Leykositlərin çoxalması keyfiyyətsiz hüceyrələrin artması deməkdir. Keyfiyyətli leykositlərin yüksək həddi 15-20 olur. Bəzən də xərçəng növlərində leykositlərin sayı artır.
Qanın ümumi analizində xərçəngə şübhəni birinci leykositlərin miqdarının çoxalması göstərir. İkinci qanda eritrositlərdə mütləq azalma gedəcək və RDW – eritrositlərin çökməsi artacaq.
Leykositlər 5 formada olur: neytrofil, limfosit, monosit, bazofil.
-Neytrofilin çoxalması bakterial infeksiyanın çoxalmasını, autoimmun proseslərini göstərə bilər.Çox zaman bu immunitet zəifliyini göstərir.
-Limfosit yüklənməsi isə virusların artmasını və onkoloji xəstəlikləi göstərir. Çünki xərçəng xəstəliyində də limfositlər, xüsusən T limfositlər yüksəlir. Onlar şiş hüceyrələrinə qarşı hücumçu hüceyrələrdir. Analizdə rəqəm 69-70-ə çatanda biz artıq onkologiyadan şübhələnirik.
-Monositlər zərərli bakteriyaları tutub öldürən hüceyrələrdir. O analizdə vərəm, bruselyoz, revmatizm, autoimmun proseslərdə, xərçəngdə artır.
- Eozinofillərin miqdarı allergiyada, qurd invaziyalarında çoxala bilər. Davamlı toksiki proses gedəndə qanda erizfolin miqdarı qanda çoxala bilər. Amma yenə də bu rəqəmin artmasını görüb xəstəyə demək olmaz ki, sənin qurdun və ya allergiyan var. Bu bir qədər çaşdırıcı hüceyrədir. Ola bilər insan güclü allergikdir, amma eozonifillərin miqdarı aşağı çıxır.
- Bazofil onkololji xəstəliklərdə yüksək çıxır. Bu hüceyrə qanda çox qalmır, saniyələr içində toxumaya keçir. Ona görə onun miqdarı qanda çox halda yüksək görünmür, yəni bir analizlə tutmaq olmur. Amma davamlı şəkildə orqanizmdə zəhərlənmə getdikcə, bazofil düşəndə biz onu qanda tuta bilərik. Güclü bir infeksiyalarda onun miqdarı arta bilər.
-Trombositlər qanın laxtalanmasına səbəb olan hüceyrə hissəsidir. Miqdarı çox çıxıbsa, deməli orqanizmdə çox güclü iltihabi proses başlayıb. Hepatitlərdə çox zaman trombositlər aşağı çıxır.
EÇS ( eritrositlərin çökmə sürəti)– güclü iltihabi prosesdə, bakterial infeksiyada yüksək çıxır. Bunu biz neytrofillə də uzlaşdırırıq. Neytrofil çox çıxanda, mütləq EÇS də çoxalır. Xərçəng xəstəliklərində rəqəm 100 və yuxarı ola bilər.
İnsan ümumi qan analizinin nəticəsinə baxdıqda ilk növbədə eritrositlərə diqqət yetirməlidir. Çünki eritrositlərin az çıxması yaxşıdır.
Beləliklə, qanın ümumi klinik analizi ilə anemiya, talassemiya, iltihabi proseslər, bakterial infeksiyalar, viruslar, onkoloji proseslər aşkarlana bilir”.
Analizdə qeyd olunan qısa hərf birləşmələrinin mənası:
1.WBC - ağ qan hüceyrələri, leykositlər. Orqanizmin immun müdafiə sisteminə cavabdehdir, yad virus və bakteriyaları tutub zərərsizləşdirir
2.RBC – qırmızı qan hüceyrələri, eritrositlər. hemoqlobin, daşıyıcı oksigen və qaz tərkiblidir.
3.HGB – hemoqlobin
4.HCT – hematokrit.
5.PLT – trombositlər
6.MCV – eritrositlərin orta həcmi
7.MCH – hemoqlobinin eritrositlərdə orta həcmi
8.MPV – trombositlərin orta həcmi
9.LYM – limfositlər
10.MİD – monosit, bazofil, eozinofillərin nisbəti
11.Ne % - neytrofillər
12.MON – monositlər
13.EO – eozinofilər
14.BA – bazofillər
15.İMM – qranulositlər
16.ATL – atipik limfasitlər
17.HGB/RBC – hemoqlobində eritrositlərin orta miqdarı
18.ESR – eritrositlərin çökmə sürəti, orqanizmin patoloji vəziyyətinin indikatoru
Bakı,: 3 mkr., Pişəvari 110 (Cavadxan küç 24), Memar Əcəmi metrosunun yaxınlığında
•Tel.: (012) / (050) / (055) / (070) 430 89 89
Limfositler41.9 yuksek cixdi ECS 30.cixdi bune anlama gelir qorxuludumu hansi orqanda yoxlatmaq lazimdi
Leykositlerim 13 cixib bunun qorxusu varmi
Salam hamilelikde leykositler 19.63, neyrofiller 78.7, LYM 13.6, RBC 3.69, Hemoglobin 10 cixib veziyyet coxmu pusdir?
Eçs 66 idi 77 oldu 10 gunden sonra. Ağ ciyerinde su yiğılmışdı. Temizlendi. Tekrarlanmadi. 100-200 qram qati maye qalır hele de. Eçs yuksek olmasi sebebi bu oka bilermi? Diger butun qan normalari normaldi. Hamısı
Leykosit 3.6 gösterib qan analizinde.bir de yetişmemiş qranulositler 0 di.yaş 18
MxD yuksek olarsa pisdir?
45 yaş.qanda yetişməmiş qranulositlər 0 çıxıb .problem ola bilərmi??
Salam eozinofil 0.3 cixib ne demekdir bu?
Ozum siqaret cekirem yoldasim defelerle tutub onu nece gedib yoxlatdira biler?
bir xanim var siqaret cekir sorusuram deyir cekmirem onu nece yoxlamaq olar ne analizine aparmaq lazimdir?
Salam Men agır derece anemiyyayam yeni analiz verdim hemoglabin 6.0 cıxdı nece artıra bilerem
Salam qanda əsas olan hansilardı olara baxılır birinci zəhmət olmasa yazardız önceden teşəkkülər
Ertositlerin cokmey 57
İNR qan analizində necə səciyyələnir,norma nə qədər qəbul olunub.
MXD ne demekdi