Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qanın ümumi analizində xərçəngi nə göstərir?- Bu dəyişikliyə DİQQƏT!

  • 2021.02.01 15:55
  • 4921 Baxış
Qanın ümumi analizində xərçəngi nə göstərir? - Bu dəyişikliyə DİQQƏT!





Qanın laborator ümumi analizi qanın hüceyrə tərkibini araşdıran metoddur.
Bütün laboratoriyalarda bu analizdə eritrositlər, hemoqlobin, leykositlər, limfositlər, trombositlər təhlil olunur.


Məhz bu hüceyrələrin azalıb artmasına əsasən orqnanizmdə xəstəliklərdən şübhələnilir.


Medicina.az bu göstəricilərdən hansının onkoloji prosesi göstərə biləcəyini təqdim edir.


Hemoqlobin – orqanizmdə qanın özünün miqdarının göstəricisidir. Onunla qanazlığı, anemiya təyin edilir. Bəzi hallarda aşağı hemoqlabin ciddi qan itkisi, qanaxmanı da göstərir.


Aşağı və normadan çox aşağı hemoqlobin – böyrəklərin onkoloji xəstəliklərində də gizli marker hesab edilir. Pasiyent heç bir ağrı hiss etmir, onun anemiyası da yoxdur, sidik ifrazında problem yoxdur. Amma hemoqlobinin aşağı düşməsi həkimi şübhələndirməlidir.


Çünki bəzi şiş xəstəlikləri, böyrək və onurğa beyin şişləri hemoqlobinin özünün sümük iliyində əmələ gəlməsini tormozlayır. Buna görə azalma baş verir.


Eritrositlər – leykoz kimi qan xərçəngi, eləcə də bəzi onkoloji şişlər səbəbindən, məsələn uşaqlıqda və uşaqlıq yolunda baş verən qanamalardan yüksələ bilər. Buna da diqqət etmək lazımdır


Leykositlər – ümumiyyətlə iltihab ( el dilində güclü vospoleniye, soyuqlama” göstəricisidir. Eləcə də qanın sağlamlığının açarıdır. Kəskin yüksəlmə və həddən artıq azalma leykoz xəstəliyində olur.


Trombositlər – qanın laxtalanma dərəcəsini göstərir. Səbəbsiz olaraq kəskin azalma və ya yüksəlmə onkoloji xəstəliklərdə baş verə bilər.


EÇS (SOE) – onkoloji proseslərə ilk olaraq reaksiya verən göstəricidir. Şişlərdə normadan qat-qat yüksəlmiş olur.


Ona görə də ümumi qan analizinə sadə analiz kimi yanaşmaq olmaz. Yaxşı həkim üçün o orqanizmin xəritəsidir.