Qanın göstəricilərinin yaxşı olması üçün müəyyən ərzaqları yemək lazımdır. Qan da orqan olduğu üçün onun qeydinə qalmaq lazımdır.
“Medicina” xəbər verir ki, dietoloq Yuliya Çexonina toyuq ürəyinin qana faydalı olduğunu bildirib.
“Qış aylarında qanı zənginləşdirmək xüsusilə vacibdir. Çünki qışda insanlar açıq havada az olur, hərəkət etmir. Bu zaman yuxululuq, zəiflik, yorğunluq baş verir.
Vəziyyəti düzəltmək üçün B12 vitamini lazımdır, o isə qaraciyər və toyuq ürəyində çox olur.
B12 eritrositlərin formalaşmasında rol oynayır, onlar da oksigeni bütün bədənə çatdırır. Bu vitamin az olduqda sümüklər də zəifləyir.
Amma podaqrası olan bu qidanı yeməməlidir. Toyuq ürəyində sidik turşusu var.
Eləcə də böyrəyində daş olanlar bu qidaları yeməməlidir”.
Aygün