Qanın qaranlıqsahəli mikroskopiyası - qanda bu an baş verən prosesləri izləməyə imkan verən keyfiyyət analizdir. Analiz 1 damla qan götürülüb, dərhal aparılır. Monitorda pasientin özü də qanında baş verən prosesləri görür.
Qan - orqanizmin hər bir hüceyrəsini qidalandırır və sağlamlığımız onun keyfiyyətindən birbaşa asılıdır.
Yorğunluq, halsızlıq, tez-tez baş ağrıları, gün ərzində yuxululuq, yaddaşın zəifləməsi, diqqətin yayınması, immunitetin azalması, yuxusuzluq, depressiya, yüksək qan təzyiqi qan keyfiyyətinin pozulmasının erkən yaranan ilk əlamətləridir.
Qanın tərkib və keyfiyyət dəyişikliklərinin səbəbləri:
- az su qəbulu və ya su keyfiyyətinin aşağı olması; -ferment çatışmazlığı (öd axınının pozulması, qaraciyər - mədəaltı vəzi - bağırsaq disfunksiyası) - çox miqdarda şəkərli qida və içki, digər karbohidratlar (ağ çörək, kartof, makaron və s.), ət, konservant və digər qida əlavələrindən istifadə;
- transyağlar (marqarin, qızardılmış qidalar, mayonez, tort və s. yağlı- unlu şirniyyatlar) - maqnezium, lesitin, vitamin C, sink, selen, digər vitamin və mineralların çatışmazlığı
- qidalanmada tərəvəz, meyvə, yarpaqlı göyərtilərin az istifadəsi;
- parazitoz (parazit toksinlərinin qana keçməsi - qırmızı qan hüceyrələrinin zədələnməsinə və bir birinə yapışmasına, qanın qatılaşmasına və bütün orqanizmin intoksikasiyasına səbəb olur); - radiasiyaya məruz qalma (kompüterlər, mobil telefonlar...)
- stress (kapilyarların davamlı spazmı)
- zərərli vərdişlər (siqaret, alkoqol..)
- azhərəkətli həyat tərzi - qəzəb, kin, aqressiya.
Qan keyfiyyətinin pozulması, qatılığının artması onun transport funksiyasını pisləşdirir və həyati vacib orqanların (beyin, ürək, qaraciyər, ağciyər, böyrəklər) oksigenlə təchizatını əngəlləyir.
Qanın qatılığının artması ilə qırmızı qan hüceyrələri öz fəaliyyətini itirir və bir-birinə yapışaraq qəpik sütunlarına bənzəyən qruplar əmələ gətirir. Bu qruplar o qədər böyükdür ki, kiçik arteriyalarda ilişib qalır, hüceyrələri qidalandıran kapilyarlara keçə bilmir və ucqar nahiyələr oksigen aclığı (hipoksiya) yaşayır.
İstənilən kapilyarın mənfəzi bir eritrositin mənfəzindən kiçikdir və orqanizmin onu kapilyar boyunca itələmək üçün xüsusi mexanizmi var. Bu baxımdan eritrosit konqlomeratlarının kapilyar mənfəzində irəliləməsi çox çətinləşir. Orqanizm bu sütunları parçalamaq üçün mücadiləyə başlayır. Kapilyar şəbəkəsinin uzunluğunun təxminən 100.000 km olduğunu nəzərə alsaq orqanizmin nə qədər enerji sərf etdiyi aydındır. Tədricən orqanizm kompensasiya mexanizmlərini işə salır: ürək atımı çoxalır, ürək və qan damarlarına düşən yük artır. Nəticədə qan təzyiqi yüksəlir və hipertoniyanın inkişafı üçün şərait yaranır.
Qanın qatılaşması və eritrositlərin bir-birinə yapışması bütün patoloji proseslərin inkişafı üçün başlanğıc nöqtədir.
Bu baxımdan qanın durulaşdırılması - qanı qatılaşmağa meyilli, həmçinin qan laxtalanma riski yüksək olan insanlar üçün tövsiyə olunan tədbirdir. Bu məqsədlə müxtəlif kimyəvi tərkibli dərmanlar istifadə olunur. Ancaq onların uzunmüddətli istifadəsi qaraciyər, bağırsaq, böyrək xəstəliklərinə səbəb ola, uşaqlarda nevroloji dəyişiklikləri tətikləyə, qocalıq demensiyasına təkan verə bilər.
Qanı durulaşdırmaq üçün tək dərman qəbulu – yalnız nəticəni aradan qaldırmaq deməkdir. Problemin kompleks şəkildə, kökündən həlli üçün pəhrizi dəyişmək, su rejiminə riayət etmək, bağırsaqları təmizləmək, qaraciyərin, böyrəklərin fəaliyyətini dəstəkləmək, parazitlərdən qurtulmaq, toksinlərin səviyyəsini azaltmaq vacibdir.
Bioloji təbabət klinikasında Qanın qaranlıqsahəli mikroskopiyası ilə neqativ dəyişiklikləri zamanında aşkarlamaq, İnteqrativ tibb üsulları, dietoterapiya və biotənzimləyici preparatlar ilə orqanizmi drenaj-detoksikasiya etmək, optimal qida və su rejimi ilə qanın qatılaşması ilə yaranan problemlərdən azad olmaq, qəfləti ürək-damar krizlərindən qorunmaq olar.
Aygün Musayeva