Gecəyarı qəfil narahat oyanmanın səbəbi xroniki intoksikasiya ola bilər.
“Medicina” xəbər verir ki, endokrinoloq Yekaterina Yanq vaxtlı-vaxtsız gecəyarı səksəkəli oyanmaların qəribə səbəbini açıqlayıb:
“Belə oyanmalar qanda zərərli toksinlərin miqdarının artması nəticəsində ola bilər. Xroniki intoksikasiyada yuxu pozulur.
Eləcə də anemiya, dəmir defisiti zamanı da qan dövranı pozulduğundan insan narahat yatır, narahat ayaqlar sindromu olur, nəticədə yarıoyaq qalır.
Qan, qaraciyər xroniki intoksikasiyalıdırsa, orqanizmin detoksikasiyaya enerjisi çatmır. Bu zaman gecə yuxuda da müəyyən reaksiyalar baş verir.
Hətta insan mürgüləyib yatsa belə dərin yuxu olmur, tam dincəlmir, gücünü
bərpa edə bilmir.
Yuxu ilə bağlı problemin bir səbəbi də həzm problemi, hər hansı qidaya immun aktivliyi, bağırsaqlarda həssaslıqdır.
Belə olan halda gecə dəri qaşınır, nəbz sürətlənir, təşviş artır, insan sanki özünə yer tapmır.
Eləcə də ürək döyünmə, panik atak, tərləmə və təşviş böyrəküstü vəzlərin işinin pozulması nəticəsində ola bilər”.
Aygün Musayeva