Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qanı təmizləyərək damarları gücləndirən 5 qida

  • 2024.07.29 13:53
  • 1599 Baxış
Qanı təmizləyərək damarları gücləndirən  5 qida
Alimlər həyat tərzinidə əsaslı dəyişikliklər etmədən ürəyin və qan damarlarının işini dəstəkləməyə kömək edən beş məhsulun adını açıqlayıblar.

Medicina.az xəbər evrir ki, həmin qidaları gündəlik qida rasionuna əlavə etməyin kifayət olduğu bildirilib.

"Pis" xolesterolu azaltmaq və "yaxşı" xolesterolu artırmaq üçün yeməklərdə zeytun yağından istifadə etmək tövsiyə olunub. Onun tərkibində yüksək miqdarda mono doymamış yağlar var. Bunlar iltihab və şişlərlə mübarizə aparmağa kömək edir.

Kinoada olan antioksidantlar və amin turşuları ürək-damar sisteminə xüsusi təsir göstərir. Bu qida hüceyrə səviyyəsində qorunma təmin edir. Həmçinin tərkibindəki lif sayəsində xolesterin və qan təzyiqini azaltmağa kömək edir.

Fərqli paxla növlərinin hamısı yararlı olsa da, qara lobyaya xüsusi diqqət yetirmək lazımdır. Müəyyən edilib ki, onun müntəzəm istehlakı qan damarlarını gücləndirərək orqanizmə sağlam xolesterol səviyyəsini saxlamağa və ürək xəstəliyi riskini azaltmağa kömək edir. Bundan əlavə, məhsulda çoxlu bitki mənşəli zülal var.

Alimlər pəhrizdə Omeqa-3 yağ turşularının olmasının ürək və qan damarları üçün vacibliyini xüsusi vurğulayıblar. Omeqa-3 orqanizmdə trigliserid səviyyəsinin azalmasını təmin edir. Bu baxımdan Omeqa-3 ilə zəngin çərəzləri mütləq gündəlik qida rasionuna daxil etmək lazımdır.

Mütəxəssislər sağlam yağlar, eləcə də B6 vitamininin isə dəniz balığından əldə edilə biləcəyini diqqətə çatdırıblar.

Süfrədəki lif mənbələri insanın ləzzətli qidalardan aldığı artıq doymuş yağları “udmaq” qabiliyyətinə malikdir. Məsələn, işlənmiş qidalar - kolbasa, yağlı souslar və s. zərərli olsalar da, sağlam qidalara üstünlük verdikdə onların ziyanı xeyli miqdarda aradan qalxmış olur. Qan axınına mane olan və infarkta gətirib çıxaran maddələr qida lifi ilə birlikdə bədəni tərk edirlər. Qida lifini isə bütün meyvə-tərəvəzlərdən əldə etmək olar. Onları çiy halda yemək daha yaxşı təsir edəcək.


Aysel