Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qanı qatı olanlar üçün təhlükəli vərdiş – Kardioloqdan

  • 2023.10.30 17:08
  • 2037 Baxış
Qanı qatı olanlar üçün təhlükəli vərdiş  – Kardioloqdan


Qan qatılaşması olan pasiyentlər orqanizmin susuzlaşmasından ehtiyat edib qaçmalıdır.

“Medicina” xəbər verir ki, kardioloq Tamara Qaqloşvilinin sözlərinə görə, əgər qan qatıdırsa, onunb damarlarda hərəkəti pisləşir, damar divarına təzyiq artır, ürək-damar sistemi üçün faciəvi insult və infarktın zəmini yaranır.

“Belə xəstələr üçün ən yolverilməz səhv gündəlik rasionda suyun az olmasıdır. Bu pozulma xəstəyə daha intensiv maye tələbatı yarada bilər. Ən təhlükəli məqam özünü susuzlaşdırmaqdır.

Bu çox tərləmə, qusma, ishal və günlərlə maye qəbul etməməsi nəticəsində ola bilər.

Əgər qan qatıdırsa, ciddi göstəriş yoxdursa, hələ qandurulducalara keçmək olmaz. Sadəcə suyun normasını təmin etmək kifayətdir.

Qanın yaxşı keyfiyyətini təmin etmək üçün balanslaşdırılmış, vitamin-mineral təminatlı qidalanma vacibdir. Əgər insanın qidasında şəkər çoxdursa, qanda qlükoza artacaq, lipid və xolesterin yüksələcək, qan daha da qatı olacaq”.

Aygün Musayeva