Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qanı qatı olanlar qəndi, şəkəri unutsun – Rusiyalı həkim

  • 2023.08.11 16:01
  • 1971 Baxış
Qanı qatı olanlar qəndi, şəkəri unutsun  – Rusiyalı həkim
Qan qatılaşmasının qarşısını almaq üçün bir çox preparat və məhsul mövcud olsa da, çox həkim pəhriz saxlamaq lazım olduğunu da qeyd edir. Buna səbəb qəbul edilən qidaların diqqətli seçilməsinin önəmli nüans olmasıdır, çünki diqqətsiz seçilmiş qida kəskin şəkildə qan qatılaşmasına səbəb ola bilər.

Bu prosesin baş verməməsi üçün bütövlükdə həzm sistemini izləmək vacibdir. Həzm sistemində olan problemlər su balansını pozur və bədənin asidləşməsinə səbəb olan lazımi fermentlərin kifayət qədər istehsal olunmaması səbəbindən qan da qatılaşır.


“Medicina” xəbər verir ki, rus toksiqoloq Kutuşov da bu haqqda açıqlama verib. Onun sözlərinə görə, qatılaşmış qan problemi insanların orqanizmində, müxtəlif nahiyələrdə varikoz damarlarına, tromboflebit və miyokard infarktı da daxil olmaqla ürək-damar xəstəliklərinə məruz qalması ilə sıx bağlıdır.


Açıqlamaya əsasən, qanın qatılaşması müşahidə edilən zaman ilk öncə şəkəri qida rasionundan çıxarmaq lazımdır. Çünki, şəkərin tez-tez istifadəsi qanın daha yağlı olmasına "kömək edir" və bu da onu qatılaşmış hala gətirir.

Bu səbəbdən, qanda qlükoza səviyyəsini yüksəldib lipid birləşmələrin istehsalını artıran şəkərin rasiondan çıxarılması tövsiyə olunur.

Həmçinin mütəxəssis qanın qatılaşmasının qarşısını almaq üçün bəzi məhsullardan qaçmaq lazım olduğunu ciddi şəkildə vurğulayıb.

Məhsullar aşağıdakı kimi sadalanıb:

yağlı ət;
hisə verilmiş qəlyanaltılar;
kartof;
banan;
ispanaq;
cəfəri;
Brüssel kələmi;
Və digər K vitamini ilə zəngin qidalar.

Kutuşov əlavə edib ki, pəhrizdə protein və amin turşularının olmaması da qanın qatılaşmasına təsir edə bilər. Bunu nəzərə alaraq, mütəxəssis ətdən imtina etməməyi, yağsız, pəhriz növlərinə üstünlük verməyi məsləhət gördü.

Xanım