Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qanda yüksək vitamin D süd vəzi xərçəngi riskini azaldır – Məmə xərçəngi sahəsində yeni araşdırma

  • 2018.06.20 17:12
  • 19112 Baxış
Qanda yüksək vitamin D süd vəzi xərçəngi riskini azaldır –  Məmə xərçəngi sahəsində yeni araşdırma
Kaliforniya Tibb Universitetinin tədqiqatçıları  bir neçə qrup və fondlarla birgə böyük masştablı araşdırmanı yekunlaşdırıb. Layihədə vitamin D-nin süd vəzi xərçəngi ilə mübarizədə rolu təsdiq olunub. 


Medicina.az PLOS ONE jurnalına istinadən bildirir ki, tədqiqatda 2002-2017-ci illər əhatə olunub, qadınlar 2 qrupda tədqiq edilib. Birinci qrupda 3235 nəfər qadın cəlb olunub, digərindıə 1713 nəfər. Yaş həddi 55-63 idi. Hər bir qadının qanında ildə bir dəfə 25-hidroksivitamin ölçülüb.  İzləmə müddətində 77 qadında süd vəzi xərçəngi diaqnozu qoyulub. Bu qadınlarda qanda D vitamini miqdarı daha az idi. Maraqlısı odur ki, bu qadınların çoxunda ABŞ-da qəbul olunmuş vitamin D səviyyəsi qeydə alınmışdı.


Tədqiqatçılar bildirir ki, qanda D vitamininin minimal dərəcəsinin 20 nq/l təsdiq olunması əslində düzgün deyil. Normal bir qədər yüksəldilməlidir. Çünki qanında 60 nq/l Vitamin D olan qadınlar  süd vəzi xərçənginə tutulmamaq şansına malikdir. 


Ona görə qanda D vitamini minimal dozası 60 nq/l qaldırılmalı, əskiklik olan qadınlara, xüsusən 50 yaşdan sonra əlavə olaraq gündəlik doza təyin olunmalıdır. 

Qadınlar sutkalıq 4000-6000 mq vitamin D qəbul etməli, hər gün 15 dəqiqə gün altında olmalıdırlar.