Damarları tıxayan pis xolesterini qanda azaldan vacib ərzaqlar açıqlanıb.
"Medicina" xəbər verir ki, həkim dietoloqlar 4 əsas qidanı sadalayıb.
Onlar orqanizmdə zərərli xolesterini 25-30% azaldır.
Bunun üçün istər sağlam, istər xəstə insanlar rasiona paxlalılar, yulaf yarması, qoz,badam, balıq və balıq yağı daxil etməlidir.
Nəyə görə bu qidalar? Yulaf yarması və paxlalılar liflə zəngindir. Onlar kalorili deyil, insanı kökəltmir, amma toxluq yaradır. Lazımsız yağları əridir.
Yağlı balıq isə Omeqa 3 mənbəyidir. O, nəinki xolesterini, ürək damarlarını tıxayan triqliseridləri də azaldır və damarları sağlamlaşdırır.
Bundan başqa, xolesterini artıran yağlı məhsullar, ət, yarımfabrikat, kolbasa, sosis, pendir azaldılmalıdır.
Heyvani qidaları bitki qidalarına çevirin.
Daha çox Aralıq dənizi dietasına riayət edin. Həftədə 2 dəfə balıq yeyin.
Aygün Musayeva