Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qanda xolesterini salan 3 təsirli qida

  • 2023.06.16 18:26
  • 2469 Baxış
Qanda xolesterini salan  3 təsirli qida
Xolesterin zəmanəmizin əsas probleminə çevrilib. Məhz onun səbəbindən ürək-damar xəstəlikləri cavanlaşıb. Müəyyən müalicələr və pəhrizlə orqanizmdən xolestrolu təmizləmək və ya qarşısını almaq mümkündür. Omeqa-3 qəbulunu artırmaq xolesterol səviyyənizi idarə etməyə kömək edə bilər.



“Medicina” xəbər verir ki, kardioloq Oleq Vorfolomeyin sözlərinə görə, zamanla xolesterin yığılaraq, qanın orqanizmdən normal axmasına mane olur.


“Bu başlanğıcda problemlər yaratmasa da, infarkt və insult kimi həyati təhlükəsi olan təcili vəziyyətlərə səbəb ola bilər.
Pəhriz xolesterolla mübarizədə böyük rol oynayır.

Yediyiniz ətin növü də səviyyələrinizə təsir edə bilər.

Qırmızı əti başqa üç növ ətlə əvəz edin.

• toyuq
• Hinduşka
• Balıq.


Həddindən artıq yağ və qırmızı ət yemək xolesterol və doymuş yağı artıracaq. Buna görə də pendir, süd və qatıq kimi qidalara az yağlı alternativlər və toyuq, hinduşka və balıq kimi yağsız ağ ətləri seçmək insult şansınızı azaltmağa kömək edəcək.

Çox yüksək xolesterol səviyyəsinin qarşısını almaq üçün yağlı və qızarmış ətlərdən çəkinin. Bura daxildir;


• donuz əti
• Mal əti
• Quzu
• Kolbasa
• Bekon
• Vetçina.

Aynurə Məmmədova