Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qanda trombositlər yüksəkdirsə, vaksin vurdurmaq olarmı?

  • 2021.09.11 17:18
  • 2295 Baxış
Qanda trombositlər yüksəkdirsə, vaksin vurdurmaq olarmı?

Qanda trombositlərin yüksək olması qanın laxtalanması, tromba meyilliyi göstərir.

Medicina.az xəbər verir ki, Rusiya Mərkəzi epidemiologiya instititunun ekspertəri bu məqama aydınlıq gətirib.


Qanda trombositləri yüksək olanlar digər laxtalanma analizləri verməlidir. Bu adamlar daim antiaqreqant preparatlar qəbul etməlidir. Yaşlı insanlarda yüksək trombositlər tromb əmələ gəlməsinə səbəb olur.


Ona görə də peyvənddən öncə öz ailə həkiminiz, terapevtlə məsləhətləşib, qan laxtalanması analizlərini verib, əgər problem varsa, müalicə ilə onu normallaşdırıb, sonra peyvənd vurdurun.