Qanda qlükozanın yüksəlməsi preddiabet və diabetə bir addım yol qaldığını göstərir.
Bakupost.az xəbər verir ki, şəkərin nəzarətdən çıxdığını göstərən 5 əsas əlamət var.
1 - Əsas əlamət sidik ifrazının pozulmasıdır. İnsan tez-tez tualetə gedir, xüsusən gecələr oyanır.
2 - Ağızda quruluq, susama. Qanda şəkər yüksələn kimi bədəndə susuzlaşma yaranır
3 - Yemək yedikdən sonra halsızlaşmaq, gün boyu yorğunluq. Qanda nə qədər çox qlükoza varsa, insulin üçün bir o qədər çətindir. Enerji itkisi çox olur, insan tez yorulur.
4 - Göz büllurunun böyüməsi, bulanması, görmənin dumanlanması.
5 - Ayaqlarda iynəbatırma, yanma və keyimə hissi. Bu o deməkdir ki, qanda şəkər xroniki dərəcədə yüksəkdir və artıq sinirləri sıradan çıxarır.