Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qanda şəkərin disbalansı beyinə zərərlidir – Türk nevroloq

  • 2022.03.10 17:41
  • 1742 Baxış
Qanda şəkərin disbalansı beyinə zərərlidir  –  Türk nevroloq


Qanda şəkərin qeyri-stabil olması, kəskin qalxıb-enməsi ürək və beyin üçün ciddi təhlükə yaradır.


Bakupost xəbər verir ki, bunu türkiyəli kadioloq Derya Ulduz açıqlayıb.

O, qeyd edib ki, həddən artıq yüksək və eyni dərəcədə aşağı şəkər beynin toxuması zərər görür, onun funksiyası pozulur, hüceyrələri zədələnir, yaddaş problemləri başlayır.

Qanda şəkərin balansı pozulduqda beyin lazımlı enerjidən məhrum olur.

Nəticədə o degenerasiyaya uğrayır. Balanslı qlükoza beynin neyrotransmitterləri sintezi üçün vacibdir. Beyin qlükoza ilə işləyir.

“O, beynin yanacağıdır. Bütün kimyəvi proseslər şəkərlə idarə olunur. Əgər insan balanslaşdırılmış qidalanmırsa,yaxud şəkər xəstəsidirsə, beyin təhlükə altında qalır. Ona görə qanda şəkərin aclıq vaxtı 4-5 arası, toxluq zamanı isə 6-8 arası olmasını təmin etmək lazımdır. Bundan yüksək və ya az olması beyinə zərərlidir”.

Aygün M