Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qanda şəkəri salmaq üçün – Kombuça için

  • 2025.02.08 17:57
  • 92 Baxış
Qanda şəkəri salmaq üçün  – Kombuça için

Rusiyada şəkər xəstələri yeni bir içkini şəkəri salmaq üçün içməyə başlayıblar. Ruslar buna çay göbələyi deyir.


“Medicina” xəbər verir ki, Kombuchanın tərkibində bağırsaq sağlamlığını yaxşılaşdıran laktik turşu bakteriyaları, həmçinin sirkə turşusu bakteriyaları var.

Sonuncu qlükoza mübadiləsinə təsir göstərə bilər. Eyni zamanda, mütəxəssislər şəkərsiz içki variantlarını seçməyi məsləhət görürlər.

Tədqiqatda 2-ci tip diabetli 12 könüllü 4 həftə ərzində kombuça içib. Nəticə qanda qlükoza səviyyəsinin azalmasını göstərib. Bununla belə, tədqiqatçılar vurğulayırlar ki, bu kəşfi təsdiqləmək üçün daha böyük tədqiqatlara ehtiyac var.


Aygün Musayeva