Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qanda şəkər nə qədər olmalıdır- Şəkər testi

  • 2025.01.28 14:20
  • 1472 Baxış
Qanda şəkər nə qədər olmalıdır - Şəkər testi


Hüceyrələrin ehtiyac duyduğu enerji qida maddələri ilə qarşılanır. Tərkibində karbohidratlar və yağlar olan qidalar bədəndə enerji üçün istifadə olunan qlükozaya çevrilir. Qlükoza qan vasitəsilə hüceyrələrə lazım olan enerjini daşıyır. Qan şəkəri isə qanda daşınan bu qlükoza miqdarının ölçüldüyü dəyərdir. Həddindən artıq miqdarda qlükoza qanda daşındıqda bədənin bir çox toxumasına zərər verə bilər. Bu səbəbdən orqanizmdə bir nəzarət mexanizmi var.


"Medicina" xəbər verir ki, qandakı qlükoza səviyyəsi artdıqda mədəaltı vəzinin beta hüceyrələri tərəfindən istehsal olunan insulin işə girir və qandakı qlükozanın hüceyrəyə daxil olmasını təmin edir. Beləliklə, qanda qlükoza dəyərilazımi səviyyəyə çatır.

Qan şəkəri miqdarı nə qədər olmalıdır?

Sağlam insanlarda qan şəkərinin tələb olunan dəyəri 70-120 mq/dl-dir. Bəzi insanlarda kifayət qədər insulin istehsal olunmur və qan şəkəri yüksəlir. Bu insanlar diabetes mellitus adlı şəkərli diabet xəstələridir. Şəkərli diabetin diaqnostikası üçün bu dəyər tək başına kafi deyildir, çünki o, bir anda arta bilər. Buna görə də HbA1c adlanan 3 aylıq orta qlükoza dəyəri də yoxlanılır. Qanda şəkərin hemoqlobinlə birləşməsini ifadə edən bu dəyər 6-6,5%-ə çatdıqda prediabetin, yəni gizli şəkərin, 6,5%-dən yuxarı olduqda isə şəkərli diabetin göstəricisidir.

Aclıq və toxluq qan şəkəri nə deməkdir?

Aclıq qan şəkəri və yeməkdən sonra qan şəkəri qan dövranında şəkər səviyyəsini ölçmək üçün istifadə olunan iki vacib dəyərdir. Bu iki ölçü diabetin diaqnozu, müalicəsi və idarə edilməsi üçün vacibdir. Gəlin, bu anlayışlarla yaxından tanış olaq.

• Aclıq qan şəkəri (Aclıq qlükozası):

Aclıq qan şəkəri son yeməkdən sonra ən azı 8 saat ərzində heç bir şey yeməmiş və ya içməmiş bir insanın qan şəkərinin səviyyəsidir. Bu ölçü insanın mədəsi boş olduqda bədəndəki qlükoza səviyyəsini və maddələr mübadiləsinin əsas enerji mənbəyini göstərir. Normalda acqarına qan şəkərinin səviyyəsi 70-100 mq/dL (milliqram/desilitr) və ya 3,9-5,6 mmol/l (millimol/litr) arasında olmalıdır.

Tip 2 diabet kimi diabet diaqnozunun qoyulması adətən 126 mq/dL (7,0 mmol/L) və ya daha yüksək aclıq qan şəkəri nəticəsində olur.


• Yeməkdən sonra qan şəkəri (Postprandial qlükoza):

Postprandial qan şəkəri yeməkdən sonra insanın qan şəkərinin səviyyəsini ölçmək üçün istifadə edilən dəyərdir. Adətən yeməkdən sonra 1-2 saat ərzində ölçülür.

Bu ölçü bir insanın yediyi qidaların qan şəkəri səviyyəsinə necə təsir etdiyini qiymətləndirməyə kömək edir. Adətən yeməkdən sonra qan şəkərinin səviyyəsi yeməkdən sonra 140 mq/dL (7,8 mmol/L) və ya daha aşağı olmalıdır. Bununla belə, diabetin diaqnozu üçün istifadə olunan meyarlar ölkədən ölkəyə dəyişə bilər.

Aclıq və toxluq qan şəkəri səviyyəsi nə qədər olmalıdır?

Aclıq qan şəkəri, yəni ən az 8 saat aclıqdan sonra ölçülən qan şəkəri normal olaraq 70-100 mq/dl arasında olmalıdır. Bu dəyər 60 mq/dl və ya aşağı olarsa, hipoqlikemiya var. Hipoqlikemiya təhlükəli bir vəziyyət olduğundan aşağılıq dərəcəsindən asılı olaraq təcili müalicə edilməlidir. Aclıq qan şəkəri 125 mq/dl-dən yuxarı olduqda şəkərli diabetin mühüm göstəricisi hesab olunur.

Postprandial qan şəkəri, yəni qida qəbulundan 2 saat sonra ölçülən qan şəkəri 140 mq/dl-ə qədər normal sayılır. Bu dəyər 140-200 mg/dl arasında olduqda pre-diabet (gizli diabet) var. Yeməkdən sonra qan şəkəri 200 mq/dl-dən çox olarsa, bu, şəkər xəstəliyindən xəbər verir.

Aclıq və Postprandial qanda şəkər dəyərini necə ölçmək olar?
Qan şəkərinin ölçülməsi evdə və ya xəstəxana şəraitində edilə bilən bir prosedurdur. Müxtəlif markalarda evdə ölçmə aparmaq üçün qlükoza ölçmə cihazlarının müxtəlif modelləri var. Bu cihazların hamısında qlükometr zolaqları adlanan çubuqlara qan nümunəsi qoyularaq ölçmələr aparılır. Bu prosedur üçün əvvəlcə cihazın qələm formalı iynəsi ilə barmağın ucu deşilir. Daha sonra ilk axan qan silinir və sonrakı qan cihaza yerləşdirilən zolağın müvafiq hissəsinə tökülür. Bundan sonra cihaz bir neçə saniyə ərzində ölçməni həyata keçirir. Əksər cihazlarda ölçülmüş dəyərlərin saxlandığı yaddaş var. Beləliklə, evdə qan şəkərinə mütəmadi olaraq nəzarət etmək mümkündür.


Diabet xəstələrinə, xüsusən də insulindən istifadə edənlərə müntəzəm monitorinq üçün gündə 4 dəfə ölçü götürmələri tövsiyə olunur. Qeyd edək ki, insulinin monitorinqi çox vacibdir. Bir çox xərçəng növlərinin müalicəsi zamanı, o cümlədən, uşaqlıq yolu xərçəngi, şəkərli diabet və digər xroniki vəziyyətlər prosesə mənfi təsir göstərir.


Xəstəxana şəraitində qan şəkərini ölçmək üçün xəstədən qan götürülür və qan nümunəsi laboratoriyaya göndərilir. Qan şəkərindən başqa digər dəyərlər də qan nümunəsindən yoxlanıla bilər. Xüsusilə HbA1c dəyərinin diabet diaqnozunda əhəmiyyətli yeri vardır. Şəkərli diabetin erkən diaqnozu üçün xəstəxanalarda oral qlükoza tolerantlıq testi (OGTT) də aparılır. Bu test üçün ən az 8 saat aclıqdan sonra aclıq qan şəkəri ölçülür. Daha sonra şəxsə tərkibində müəyyən milliqram qlükoza olan maye verilir ki, bu da qlükoza yüklənməsi adlanır və 2 saatdan sonra qan şəkəri yenidən ölçülür. Bu prosesdən sonra sağlam insanların orqanizmi insulin ifraz edərək qan şəkərini normal qan şəkəri səviyyəsinə gətirir. Diabetli xəstələrdə bu dəyərlər normadan daha yüksəkdir.


Aclıq qan şəkərinin dəyəri üçün neçə saat ac qalmaq lazımdır?

Aclıq qan şəkərini ölçmək üçün ən azı 8 saat ac qalmaq tövsiyə olunur. Bu vaxt qan şəkərinin yeməkdən sonra həzm prosesini tamamlamasına və bədənin ilkin vəziyyətinə qayıtmasına imkan verir. Aclıq qan şəkəri diabetin diaqnozu, müalicəsi və idarə edilməsi üçün xüsusilə vacibdir. Bu test, acqarına yeməkdən əvvəl şəxsin qan şəkərinin ilkin səviyyəsini əks etdirir.
Aclıq qan şəkərinin ölçülməsi səhər tezdən və ya yeməkdən ən az 8 saat sonra aclıq müddətinin sonunda aparılmalıdır. Bu müddət ərzində adətən yalnız suya icazə verilir, çünki hər hansı kalorili qida və ya içki qəbulu test nəticələrinə təsir edə bilər.


Postprandial qan şəkərinin dəyəri neçə saatdan sonra ölçülməlidir?

Postprandial qan şəkərinin səviyyəsini təyin etmək üçün yeməyi bitirdikdən sonra ən azı 2 saat keçməlidir. Postprandial qan şəkəri yeməkdən 2-3 saat sonra müəyyən edilir. Yəni, dörd saat keçdikdən sonra dəqiq nəticələr əldə etmək artıq mümkün deyil.

Aclıq və toxluq qan şəkərinin səviyyəsinə niyə təsir edir?

Aclıq və toxluq zamanı qan şəkəri səviyyəsinin artmasında qidalanma vərdişlərinin, yaşayış şəraitinin və genetika kimi bir çox nüansların rolu var. Qeyri-sağlam pəhriz, karbohidrat və yağlarla zəngin qidalar qəbul etmək qan şəkərini artırır. Müntəzəm idman etməmək və gəzməmək, oturaq həyat tərzi keçirmək qan şəkərinin yüksəlməsinə səbəb olur. Stresli həyat da qan şəkərini artıran vəziyyətlər arasındadır. Qan şəkərinin artmasının ən əhəmiyyətli səbəbi diabetdir. Diabet xəstələri dərmanlarından müntəzəm istifadə etmədikdə və ya insulin qəbulunu qeyri-müntəzəm etdikdə qan şəkəri yüksəlir.

Aclıq və toxluqda qan şəkərinin səviyyəsini necə azaltmaq olar?
Sağlam qidalanmaqla, nizamlı, az-az və tez-tez yemək yeyərək, qəlyanaltılar zamanı qatıq kimi qidaları qəbul etməklə qan şəkərini tarazlaşdırmaq olar. Qidalanma ilə yanaşı, müntəzəm olaraq idman etmək və həftədə ən az 5 gün gəzmək də vacibdir. Anadangəlmə insulin istehsal edə bilməyən xəstələr bütün bunlara baxmayaraq qan şəkərini aşağı sala bilmirlər. Bu vəziyyətdə şəkəri adi diabet dərmanları və lazım olduqda insulin istifadə etməklə azaltmaq olar.

Uşaqlarda ideal qan şəkəri dəyəri nə qədər olmalıdır?

Anadangəlmə mədəaltı vəzi orqanı insulin istehsal edə bilməyənlər gənc yaşda insulin müalicəsi tətbiq etməlidirlər. Diabetli uşaqlarda hər gün müntəzəm olaraq qan şəkərinin ölçülməsi aparılır və gündə ən azı 4 dəfə insulin verilir. Uşaqlarda qan şəkərinin tələb olunan diapazonu yaşa görə dəyişir. 0-1 yaşlı körpələrdə normal aclıq qan şəkəri 90-170 mq/dl, yeməkdən sonra qan şəkəri isə 120-200 mq/dl təşkil edir. Uşaqlar böyüdükcə qan şəkərinin diapazonu dəyişir. 2-8 yaşlı uşaqlarda aclıq qan şəkəri 80-160 mq/dl olduğu halda, 8 yaşdan yuxarı uşaqlarda 80-130 mq/dl-dir. Uşaqlarda yeməkdən sonra qan şəkərinin normal həddi 2-8 yaş arasında 110-190 mq/dl, 8 yaşdan yuxarı isə 110-170 mq/dl təşkil edir.

Yetkinlərdə qan şəkərinin dəyəri nə qədər olmalıdır?

Qan şəkəri yaşa, xəstəliyə, aclığa və toxluğa görə dəyişən bir dəyərdir. Yetkinlərdə qan şəkərinin səviyyəsi uşaqlardan daha aşağı olmalıdır. Uşaqların və böyüklərin normal qan şəkəri dəyərləri arasında ən azı 20-30 mq/dl fərq var. Yetkinlərdə normal qan şəkəri pəhriz zamanı 70-100 mq/dl, digər hallarda isə 70-140 mq/dl təşkil edir. Bu dəyər 60-dan aşağı olduqda, deməli, hipoqlikemiya var.


Diabetik xəstələrdə qan şəkərinin dəyəri nə qədərdir?

Diabetli xəstələrdə qan şəkəri həm aclıq, həm də toxluq zamanı tələb olunan dəyərlərdən yüksək olur. Qida qəbulundan sonra qana buraxılan qlükoza miqdarı insulinlə azalda bilmədiyi üçün şəkər artır. Əgər genetik problem nəticəsində mədəaltı vəzinin beta hüceyrələri insulin istehsal edə bilmirsə, xəstə insulin inyeksiyalarından asılı vəziyyətə düşür. İnsulindən asılı diabet tip 1 diabet adlanır. Tip 2 diabet, insulindən asılı olmayan, sonradan ortaya çıxan bir diabet növüdür. 2-ci tip şəkərli diabetə namizədlər artıqçəkili insanlar, ailələrində şəkərli diabet xəstəliyi olanlar və stres altında yaşayanlardır. 2-ci tip diabetdə artan qan şəkəri səviyyəsi qidalanma, idman və ya müxtəlif diabet dərmanlarına diqqət yetirməklə idarə olunur. Kilolu xəstələrin şəkər səviyyəsini tarazlaşdırmaq digər xəstələrə nisbətən daha çətindir.


Əgər siz də bu kimi xəstəlikdən əziyyət çəkirsinizsə, Bioloji Təbabət Klinikasına müraciət edə bilərsiniz. Peşəkar həkimlərimiz sizə ilk müayinədən doğru müalicəyə yönləndirəcəkdir.

Medicina.az