Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qanda kreatini normallaşdıran qidalar

  • 2022.01.18 14:57
  • 53347 Baxış
Qanda kreatini normallaşdıran qidalar


Kreatinin qanımızda tapılan, normal vəziyyətdə böyrəklərin süzülüb bədəndən çıxara biləcəyi bir tullantıdır. Bununla birlikdə, müəyyən sağlamlıq problemləri böyrəyin filtrləmə işinə mane ola bilər və zərərli kreatinin bədəndə yığılmasına səbəb ola bilər.


Medicina/.az xəbər verir ki, tanınmış həkim nefroloq Barat Yusubov qanda kreatinin səviyyəsini salan təbii vasitələri sadalayıb.

Həkim bildirib ki, alma sirkəsi, acı qabaq, darçın, ananas, yaşıl çay, sarımsaq, zəncəfil, zoğal suyu, kokos şirəsi, portağal, zeytun yağı, alma, karbonat, limon yağı, çobanyastığı çayı, guava, soğan, papaya və cəfəri qanda kreatinin səviyyəsini azaldır. /aztibb.az/