Eritrositlərin çökmə sürəti (EÇS) – qanın qeyri-spesifik laborator göstəricisi olub, zərdabdakı zülal fraksiyalarının nisbətini əks etdirir; EÇS-in dəyişməsi iltihabın olmasını, yaxud, hər hansı bir patoloji prosesin dolayısı yolla əlamətini göstərir.
Terapevtlər və pediatrların halsız, xəstə, qızdırma ilə müraciət edən pasiyentlərin qan analizində önəm verdikləri göstəricilərdən biridir.
Medicina.az xəbər verir ki, bu müayinə infeksiya daxil olmaqla, kəskin, yaxud, xroniki iltihabın, onkoloji və autoimmun xəstəliklərin diaqnozunun qoyulmasında istifadə olunur. EÇS – həssas, lakin spesifik laborator analizi deyil, belə ki, EÇS-in qanda artması öz-özlüyündə iltihabın məndəyini təyin etməyə imkan vermir; bundan əlavə, EÇS-in artması iltihab ilə əlaqəli olmaya da bilər. Məhz buna görə, EÇS analizi digər müayinələrlə birgə aparılır.
EÇS-in artmasının səbəbləri:
Çox zaman iltihab, yaxud, nekroz ilə əlaqəli hüceyrənin zədələnməsi nəticəsində qana fibrinogen ifraz olunaraq, EÇS-in artmasına səbəb olur.
• iltihabi proseslər
• infeksion xəstəliklər
• ağciyərin iltihabı
• miokard infarktı
• şokdan və əməliyyatdan sonrakı vəziyyət
• geniş travmalar, guçlü əzilmələr, sümük sınıqları
• immunitetin dəyişməsi
• toxumaların nekrozuna səbəb olan qaraciyərin zədələnməsi
• böyrəyin zədələnməsi (nefrotik sindrom)
• şəkərli diabet
• toxumaların onkoloji zədələnməsi nəticəsində toxumalar üçün xarakter olmayan zülalların ifraz olunması
EÇS –in azalmasının səbəbləri:
Qanın formalı elementlərinin nisbətinin, qanda pH-ın (turşulaşma, asidoz) və eritrositlərin öz strukturunun dəyişilməsi EÇS-in azalmasına səbəb olur:
• polisitemya
• oraqvarıhüceyrə anemiyası
• sferositoz
• hiperbilirubinemiya
• hiperhidratasiya
Göründüyü kimi, EÇS artması ən azı 20 səbəbdən qaynaqlanır. Əgər çox yüksək rəqəmdirsə, həkim onkologiyadan şübhələnə bilər.
EÇS-in qalxmasına səbəb olan problem həkim araşdırıb tapmalı və sonra müalicəyə başlanılmalıdır.
Bioloji Təbabət klinikası laboratoriyası
Bakı,: 3 mkr., Pişəvari 110 (Cavadxan küç 24), Memar Əcəmi metrosunun yaxınlığında
•Tel.: (012) / (050) / (055) / (070) 430 89 89
Dayim qizinda eçs 41 nəden şübhelənmək lazimdi
Oğlumun 2 yaşı vat ECS 13 çıxıb
EÇS. 45 çıxması nəyin əlaməti ola bilər?
Eçs pançenkov üsulu 2.15 olmalidi mende 45cixdi bugün yuxarı. Ne dərəcə də qorxulu olar?
43 yaşım var ecs 31 çıxıb nese təhlükə ola bilərmi
Salam 58 yasa anamda Eçs 65 cixib bu
5 yasli oqlan usaqinda EÇS 22 di bu hansisa ciddi xesdelikden ola biler umumi veziyyet yaxsidi
Salam oglumun EÇS cokme sureti 17 di
ECS 65 göstərir.Bunun səbəbi nədir?
İki yaşlı uşaq ucun30 ne derecede təhlükəlidir?
10idi 5e dusub
Salam doktor menim oğlumun 7yasi var eritrositlerin çökmə sürəti 30mm/saatdı başqa hərşey normal di analiz de qorxulu nese var
Mende eçs 44çıxıb bu tehlukelidirmi
Salam mende 25 çıxıb sizce neden ola biler
Mənim 44 yaşim var 59 cixib