Eritrositlərin çökmə sürəti (EÇS) , çox insanın ROE kimi tanıdığı analiz– qanın qeyri-spesifik laborator göstəricisi olub, zərdabdakı zülal fraksiyalarının nisbətini əks etdirir; EÇS-in dəyişməsi iltihabın olmasını, yaxud, hər hansı bir patoloji prosesin əlamətini göstərir.
Terapevtlər və pediatrların qızdırma və soyuqdəymə, iltihab ilə müraciət edən pasiyentlərin qan analizində önəm verdikləri göstəricilərdən biridir.
Medicina.az xəbər verir ki, bu müayinə infeksiya daxil olmaqla, kəskin, yaxud, xroniki iltihabın, onkoloji və autoimmun xəstəliklərin diaqnozunun qoyulmasında istifadə olunur. EÇS – həssas, lakin spesifik laborator analizi deyil, belə ki, EÇS-in qanda artması öz-özlüyündə iltihabın məndəyini təyin etməyə imkan vermir; bundan əlavə, EÇS-in artması iltihab ilə əlaqəli olmaya da bilər. Məhz buna görə, EÇS analizi digər müayinələrlə birgə aparılır.
Qanda EÇS norması
Bir saatdan sonra EÇS-in normal göstəriciləri belə olur:
kişilərdə: 3-9 mm-ə qədər
qadınlarda: 7-12 mm
yeni doğulmuşlarda: 1-2 mm
3 yaşadək olan uşaqlarda: 2-17 mm arasında dəyişir.
EÇS-in artmasının səbəbləri:
Çox zaman iltihab, yaxud, nekroz ilə əlaqəli hüceyrənin zədələnməsi nəticəsində qana fibrinogen ifraz olunaraq, EÇS-in artmasına səbəb olur.
• iltihabi proseslər
• infeksion xəstəliklər
• ağciyərin iltihabı
• miokard infarktı
• şokdan və əməliyyatdan sonrakı vəziyyət
• geniş travmalar, guçlü əzilmələr, sümük sınıqları
• immunitetin dəyişməsi
• toxumaların nekrozuna səbəb olan qaraciyərin zədələnməsi
• böyrəyin zədələnməsi (nefrotik sindrom)
• şəkərli diabet
• toxumaların onkoloji zədələnməsi nəticəsində toxumalar üçün xarakter olmayan zülalların ifraz olunması
EÇS –in normadan azalmasının səbəbləri:
Qanın formalı elementlərinin nisbətinin, qanda pH-ın (turşulaşma, asidoz) və eritrositlərin öz strukturunun dəyişilməsi EÇS-in azalmasına səbəb olur:
• polisitemya
• oraqvarıhüceyrə anemiyası
• sferositoz
• hiperbilirubinemiya
• hiperhidratasiya
Göründüyü kimi, EÇS artması ən azı 20 səbəbdən qaynaqlanır. Əgər çox yüksək rəqəmdirsə, həkim onkologiyadan şübhələnə bilər.
EÇS-in qalxmasına səbəb olan problem həkim araşdırıb tapmalı və sonra müalicəyə başlanılmalıdır.
Mende qanin royesi 23
Məndə qanın royesi 45 di
Mende ROE 70 mede kiciltme olmuwam ola biler onan qalxsin
Mende 43 cixr .mendede sebebi taplmr
Qanın royesi müalicə ilə necə gün ərzində aşagı düşə bilər?
Məndə roye 34 dur
Mənim körpə balamda roye 78 göstərdi Bakı şəhərində ən ünlü klinikalara yönləndirildik bandit dəstəsi kimi qruplaşmış həkimlər ancaq bir-birinə yönəltməklə bizi müflis etdilər amma biri demədi ki bu roye nədən qalxır belə ...ona görə də ağ xalatlı şeytanların hamısına nifrət edirəm görüm onkarın əziz balaları möhtac qalsın dərdlərinə dərman taoan olmasın inşaallah ...məni kimi naçar ana olsunlar ...əlimdən pulumu alıb yedilər dərdimi demədilər...biz bu gün də o royeylə gəzirik Allaha pənah...
Mende qanın royesi 45 di
Mende qanin royesi 28 di
Mən qanın royesi 35di