Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qanda EÇS artmasının səbəbləri - Məşhur analizin sirri

  • 2021.12.28 15:12
  • 3783 Baxış
Qanda EÇS artmasının səbəbləri -  Məşhur analizin sirri
Eritrositlərin çökmə sürəti (EÇS) – qanın qeyri-spesifik laborator göstəricisi olub, zərdabdakı zülal fraksiyalarının nisbətini əks etdirir; EÇS-in dəyişməsi iltihabın olmasını, yaxud, hər hansı bir patoloji prosesin dolayısı yolla əlamətini göstərir.


Terapevtlər və pediatrların halsız, xəstə, qızdırma ilə müraciət edən pasiyentlərin qan analizində önəm verdikləri göstəricilərdən biridir.

Medicina.az xəbər verir ki, bu müayinə infeksiya daxil olmaqla, kəskin, yaxud, xroniki iltihabın, onkoloji və autoimmun xəstəliklərin diaqnozunun qoyulmasında istifadə olunur. EÇS – həssas, lakin spesifik laborator analizi deyil, belə ki, EÇS-in qanda artması öz-özlüyündə iltihabın məndəyini təyin etməyə imkan vermir; bundan əlavə, EÇS-in artması iltihab ilə əlaqəli olmaya da bilər. Məhz buna görə, EÇS analizi digər müayinələrlə birgə aparılır.


EÇS-in artmasının səbəbləri:

Çox zaman iltihab, yaxud, nekroz ilə əlaqəli hüceyrənin zədələnməsi nəticəsində qana fibrinogen ifraz olunaraq, EÇS-in artmasına səbəb olur.


• iltihabi proseslər

• infeksion xəstəliklər

• ağciyərin iltihabı

• miokard infarktı

• şokdan və əməliyyatdan sonrakı vəziyyət

• geniş travmalar, guçlü əzilmələr, sümük sınıqları

• immunitetin dəyişməsi

• toxumaların nekrozuna səbəb olan qaraciyərin zədələnməsi

• böyrəyin zədələnməsi (nefrotik sindrom)

• şəkərli diabet

• toxumaların onkoloji zədələnməsi nəticəsində toxumalar üçün xarakter olmayan zülalların ifraz olunması


EÇS –in azalmasının səbəbləri:


Qanın formalı elementlərinin nisbətinin, qanda pH-ın (turşulaşma, asidoz) və eritrositlərin öz strukturunun dəyişilməsi EÇS-in azalmasına səbəb olur:


• polisitemya

• oraqvarıhüceyrə anemiyası

• sferositoz

• hiperbilirubinemiya

• hiperhidratasiya

Göründüyü kimi, EÇS artması ən azı 20 səbəbdən qaynaqlanır. Əgər çox yüksək rəqəmdirsə, həkim onkologiyadan şübhələnə bilər.

EÇS-in qalxmasına səbəb olan problem həkim araşdırıb tapmalı və sonra müalicəyə başlanılmalıdır.