Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qanburaxma ilə müalicə - KİMLƏRƏ faydalıdır?

  • 2019.12.03 19:42
  • 4274 Baxış
Qanburaxma ilə müalicə -  KİMLƏRƏ faydalıdır?


Qanburaxma yaxud qanalma müxtəlif müalicə məqsədləri üçün tətbiq edilir:

Medicina.az hansı hallarda qanaldırmanın faydalı olmasını təqdim edir:

1) aydın şəkildə özünü göstərən durğunluq əlamətləri (ağciyər ödemi) ilə ürək çatışmazlığında dövr edən qanın kütləsini azaldaraq, ürəyin işini yüngülləşdirmək üçün;

2) arterial təzyiq müxtəlif səbəblərdən qalxdıqda (hipertoniya xəstəliyi, kəskin nefrit, eklampsiya), onu aşağı salmaq və kəllədaxili təzyiqi azaltmaq üçün;

3) böyrəklərin azotçıxarma funksiyası pozulduqda, xronik nefrit zamanı və zəhərlənmələrdə sonradan fizioloji məhlul, yaxud 5 %-li qlükoza məhlulu yeritməklə azotlu maddələri və başqa zəhərləri orqanizmdən xaric etmək üçün; qanın bir hissəsini maye ilə əvəz edərək, qandakı zəhərin miqdarını azaldır və onun böyrəklər vasitəsilə xaric olmasını gücləndirirlər;

4) çoxqanlılıqda qanın özlülüyünü azaltmaq üçün.

Qanburaxmada ağırlaşmalar venepunksiya texnikası ilə əlaqədardır. Bəzən çoxlu miqdarda qan aldıqda, bayılma baş verir.

Yüngül təsadüflərdə naşatır spirtində, yaxud sirkədə isladılmış pambığı buruna yaxınlaşdırmaq kifayət edir. Bu kömək etmirsə, ürək-damar dərmanları verir və bədənə fizioloji məhlul yeridirlər.