Hemoqlobinin normadan aşağı olması tibdə anemiya adlanır.
Onun səbəbləri müxtəlif ola bilər. Bu təkcə məlum səbəblər deyil.
“Medicina” anemiyanın çox rast gəlinən səbəblərini təqdim edir
- Zəif qidalanma, dietalar
- B12 vitamin əskikliyi
- B9 fol turşusu əskikliyi
- Qan itkisi, əməliyyatlar, qanaxma
- Böyrək və qaraciyər xəstəlikləri
- Genetik xəstəliklər
- Onkoloji xəstəliklər
- Fiziki yorğunluq və üzülmə
Evdə hemoqlobini necə qaldırmalı?
İlk növbədə həkimə gedərək anemiyanın növünü, dərəcəsini təyin edir, vitaminlərin analizini verirsiz.
Əgər hemoqlobin normadan az aşağıdırsa, onu qida ilə qaldırmağa cəhd etmək olar.
Dəmirlə zəngin qidalar
- Mal əti, qaraciyər
- Balıq
- Soya
- Yumurta
- Xurma
- -nar
- Kələm
- İspanaq
- Qoz və tumlar
- Yaşıl noxud
- Paxlalılar
- Salat, kahı
Aygün Musayeva