Hər gün bir ədəd avokado yemək anemiyada müsbət təsir edir.
Bakupost.az xəbər verir ki, bu fikri endokrinoloq həkim Sofya Çaturin bildirib.
O qeyd edib ki, istər gənc, istər orta yaş hər bir qadının gündəlik rasionunda avokado olmalıdır. Avokado yerikdə anemiya riski azalır, qanazlığının qarşısı alınır.
"Avokadoda selen, maqniy, E, D, B vitamiləri var. Eləcə də B 12 və dəmir var. Ona görə gündə bir ədəd meyvəsini yemək kifayətdir. Eləcə çox dəmir mənbəyi: quş əti, qaraciyər və mal əti də qadınların menyusunda olmalıdır.
Həftədə 2-3 dəfə bunlar yeyilməlidir. Xüsusən hamilə qadınlara avokado çox faydalıdır".