Bakıda evdə hamiləlik qanaxmasından vəfat edın qadının qohumları danışıblar.
Qohumların sözlərinə görə, dəfələrlə Təcili və Təxirəsalınmaz Tibbi Yardıma zəng etsələrdə onlar ünvana vaxtında çatmayıblar:
“Təcili yardıma 45 dəfə zəng vuruldu. 2 saat sonra gəldilər. Gəlirik dedilər, amma gəlmədilər”.
Bildirilib ki, tibbi briqada saat 04:11-də ünvana çatdıqda həkiməqədər ölümlə rastlaşıb. Buna baxmayaraq, ailənin təkidilə meyit təcili yardım avtomobili ilə tibb müəssisəsinə aparılıb. Hüquq-mühafizə orqanlarına məlumat verilib və meyit aidiyyəti üzrə təhvil verilib.